У нас вы можете посмотреть бесплатно Elvin Nasir ft Seyyid Taleh - Zaman (Official Video) 2021 или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Seyyid Taleh Boradigahinin yeni ilahisi "Zaman" YouTube'da yayında. Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ / seyyidtalehboradigahi Elvin Nasir ft. Seyyid Taleh - Zaman (Azalır ümidim) Söz, musiqi : Elvin Nasir Rejissor : İlhami Şahbazlı Ssenari : Elvin Nasir Aranjiman : Rəşad Hüseynov Səs uzlaşması : Fəriborz Xatəmi Kamança : Xəyyam Məmmədov İcraçı prodüser : İbrahim Seyfulla Klipdə kamança : Vasim Quliyev Sözləri Azalır ümidim Azalır sabaha Ağarır qara saç əsir əl də daha Baxıram savaba baxıram günaha Döyülən qapıda Ölümün özü var Baxıram susaraq əcəlin üzünə O baxır yenə də qapanan gözümə Deyirəm gəl apar o susur və baxır O baxır gözümə üzümə yaş axır Can aparır,əzrayıl can aparır Çatıbsa vaxtı,zaman vermiyir imkan aparır Titrəyir əlim,qolum başım hərlənir deyəsən Ürəyim tir tir əsir,gözümdə leysan,aparır Ölü cansız bədənim içindədir tabutumun Məni dəfn eyləməyə bir qrup insan aparır Vay olsun halıma,ki mənim tək bəndə Sonuncu mənzilinə bir belə nöqsan aparır Mən səni gözləmirdim əcəl,yaman tez gəldin Məni qaytar həyata çay kimi səssizcə axım Nə gözəl əsir küləklər o kiçik pencərədən Mənə bir fürsət ver bu dünyaya bir də baxım Mənimki arzularım,ümidlərim qalmışdı Əcəlin yelləri əsmiş ömrümün sarayına Hardadır dost-tanışım,hardadır var dövlət Bir nəfər yoxmudur məgər yetişsin harayıma Üşüdür canımı əcəlin küləyi Sıxılır boğazım,bükülür biləyim Kəsilir nəfəsim,dayanır ürəyim Döyülən qapıda,ölümün özü var Bu dünya kimləri almış,unudub kimləri gör Cəmi 40 gündür matəmin,əzab iztirab edərlər Canın ki çıxır bədəndən itirsən adını Sənə isminlə deyil mərhum deyə xitab edərlər Ayığ ol ey bəndə,hər gün ölümü düşün Nə qədər dünyaya dair xəyalə dalacaqsan? Üstündə gəzdiyimiz dünyanı yox edər Allah Sənimi saxlayacaq,sənmi qalacaqsan? Bəlkə də ölüm küləkdir əsəndə xəzan olur Biz payız vaxtı ağaclarda saralmış yarpağ Dünyanın malından ötrü,bir ömrü xərcləmişəm İndi bir kəfənim var,bir dəki qara torpağ Baxıram susaraq əcəlin üzünə O baxır yenə də qapanan gözümə Deyirəm gəl apar o susur və baxır O baxır gözümə üzümə yaş axır Facebook 👇 http://wedia.link/7uUqF instagram 👇 http://wedia.link/p3N5X Tiktok 👇 http://wedia.link/C7OzV Twitter 👇 http://wedia.link/ZuDU3 Telegram 👇 https://t.me/seyyidtalehbakui (tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri. Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar. #SeyyidTalehBoradigahi #ElvinNasir #Zaman Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!