У нас вы можете посмотреть бесплатно Soyuq Məktəb, Təhlükədə Valideyn - Sabirabad İcra Başçısından Hədələr или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Sabirabad şəhərində yaşayan valideyn olaraq mən öz həmvətənlərimlə birgə məktəbdəki ciddi problemi ictimaiyyətə çatdırdıq. Çəkiliş etdik və məktəbdə uşaqlarımızın soyuqdan əziyyət çəkdiyini, istilik sistemi olmadığını bəyan etdik. Təəssüf ki, artıq bir neçə dəfə müxtəlif qurumlara müraciət etməyimizə baxmayaraq, məsələ öz həllini tapmayıb. Hər kəs məsuliyyəti üzərindən atır və uşaqların sağlamlığı təhlükədə qalır. Son çarə olaraq biz məsələni birbaşa cənab Prezident İlham Əliyevə çatdırdıq, yardım və diqqət gözləyirik. Lakin müraciətimizdən sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tərəfindən mənə ölümlə hədələr edilib. Hazırda həyatım və təhlükəsizlikim ciddi şəkildə risk altındadır. Mənim həyatım və uşaqlarımızın təhlükəsizliyi üçün cənab Daxili İşlər Naziri Vilayət Eyvazovdan da müdaxilə və qoruma tələb edirəm. Əgər mənə bir zərər gəlsə, səbəbkar yalnız Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı olacaq. Mən şəhid atası olaraq, həm öz həyatımı, həm də uşaqlarımızın təhlükəsizliyini qorumaq üçün cənab Prezidentdən və aidiyyəti qurumlardan dərhal yardım və müdaxilə tələb edirəm. Uşaqlarımızın soyuqdan əziyyət çəkməsi qəbuledilməzdir və bu məsələ ən yüksək səviyyədə həll olunmalıdır.