У нас вы можете посмотреть бесплатно Türk yurdu - Orxon-Yenisey abidələri | 07.12.2024 или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
"Türk yurdu" verilişinin növbəti sayı "Orxon-Yenisey abidələri" adlanır. Verilişdə ümumtürk abidəsi olan Orxon-Yenisey mətnlərinin 130 illiyi ilə bağlı söhbət aparılır, əski runik yazıların xüsusiyyətləri qabardılır. Proqramda Vilhelm Tomsenin, Vasili Radlovun, Sergey Malovun, Oljas Süleymenovun və başqa tədqiqatçıların faktları əsasında türkün qədim mədəniyyətinə işıq tutulur. "Ulu sözümüz" və "Min Böyük Türk" kimi daimi rubrikalardan ibarət olan buraxılışımızda qədim mədəniyyətimizlə ümumtürk sözlərimiz bir vəhdətdə çulğalaşır, kompleks araşdırmalarla türk xalqlarının ortaq tarixinə səyahət edilir. Çıxışçı: Sayman Aruz - yazıçı. Copyright © Mədəniyyət TV YouTube kanalına abunə olun: https://bit.ly/2BpXnnT Facebook - https://bit.ly/39jZ96G İnstagram - https://bit.ly/30IIVjB Youtube - https://bit.ly/39tyzYL Rəsmi sayt: https://bit.ly/2OMoBrU İnsanların zövqünün formalaşmasında, mədəni səviyyəsinin yüksəlməsində mətbuatın, ən əsası isə telekanalların rolu danılmazdır. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bazasında yaradılmış və qısa müddətdə tamaşaçı rəğbəti qazanmış “Mədəniyyət” kanalı məhz belə önəmli missiyanın öhdəsindən uğurla gəlir. “Mədəniyyət” kanalının əsas məqsədi Azərbaycan mədəniyyətinin bəşəri dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini ölkəmizdə təbliğ etmək, gənc nəslin bədii-estetik zövqünü formalaşdırmaqdır. Kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı hazırlanan dövlət proqramları və Prezident İlham Əliyevin mədəniyyət sahəsinin inkişafı ilə bağlı sərəncamları təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük qayğı var. “Mədəniyyət” kanalının yaradılması da dövlətimizin, onun başçısı İlham Əliyevin mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir. #AZTV #MədəniyyətTV