У нас вы можете посмотреть бесплатно Texnopark rezidenti SAIRS şirkəti ilə tanış olun или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
💧 Bu dəfə sizi SAIRS şirkəti ilə tanış etmək istəyirik. Qeyd edək ki, şirkət Agentliyimizin nəzdində fəaliyyət göstərən Pirallahı Yüksək Texnologiyalar Parkının rezidentlərindən biridir. 🌱 SAIRS — su və su ilə bağlı aqrar proseslərin avtomatlaşdırılması, ağıllı suvarma və idarəetmə sistemləri üzrə ixtisaslaşmış innovativ şirkətdir. 🤖 SAIRS süni intellektlə dəstəklənən və inteqrasiya olunmuş ağıllı sistemlər təqdim edir. Bu həllər əkin sahələrinin, bağların və landşaft ərazilərinin insan müdaxiləsi olmadan, real vaxtda və tələb olunan qədər suvarılmasını təmin edir. 💦 Xüsusilə şirkətin "SmartWaterlevel" sistemi açıq kanalların, qapalı boru şəbəkələrinin, nasos stansiyalarının, su anbarlarının və torpaq nəmlik sensorlarının vahid platformadan avtomatik idarə olunmasına imkan yaradır. Yeraltı su səviyyəsinin dəqiq monitorinqi sayəsində kənd təsərrüfatında yüksək effektivlik təmin edilir. 🌍 SAIRS-in əsas prioriteti təbiətə zərər vurmadan, suya və insan əmək resurslarına qənaət edən ağıllı sistemlər yaratmaqdır. Süni intellektlə dəstəklənən texnologiyalar su qıtlığının artdığı bir dövrdə ideal həll kimi çıxış edir. 🗣️ Əgər siz də bu innovativ yanaşma ilə daha yaxından tanış olmaq istəyirsinizsə, elə şirkətin təsisçisi Şəhrət Məmmədovun video müsahibəsinə nəzər salmağınızı tövsiyə edirik. #İRİA #Texnopark #SAIRS #AgroTech #SmartIrrigation #Innovation #Aqrarİnnovasiya #WaterTech