У нас вы можете посмотреть бесплатно Quranda Məzhəb Yoxdur I 4K или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Qurandan kənarda hökm axtaranlar İslam dinini bir çox hissələrə bölüb ayrı-ayrı məzhəb adı altında bir-biri ilə ziddiyyət təşkil edən MÜXTƏLİF DİNLƏR meydana gətirmişlər. Hər məzhəb öz seçdiyi hədisləri əsas qəbul etmişdir. Bəs hədislərə öndərlik edən uydurma hədislərin İslamda dəyəri varmı? Peyğəmbərimizdən (s.ə.v) nəql edildiyi iddia edilən sözlər (hədislər) Peyğəmbərimizin şəhadətindən bir neçə əsr sonra qələmə alınmışdır. “Kutubi-Sittə”ni yazanlardan Buxari hicri 256-cı ildə, Müslim 261-ci ildə, Tirmizi 279-cu ildə, Əbu Davud 275-ci ildə, Nəsai 303-cü ildə, İbni Macə 273-cü ildə vəfat etmişdir. Bundan başqa, Qulani hicri 329-cu ildə, Babuvay 381-ci ildə, Cəfər Muhəmməd Tusi 411-ci ildə, Əl-Mürtəza 436-cı ildə vəfat etmişdir. Tarixi qaynaqlardan və bizə çatan hədislərdən Peyğəmbərimizə və dörd xəlifə dövrünə aid heç bir yazılı hədisin olmadığı məlumdur. Xəlifə Hişam “əz-Zöhri” hədislərini ilk toplayan şəxs kimi qəbul edilir. Bu da Peyğəmbərimizin şəhadətindən 2-3 əsr sonraya təvafüq edir. Qurandakı İslama uyğun gəlməyən və bir-birinə zidd olan hədislərin qaynaq əmələ gətirdiyi məzhəblər müsəlman dünyasında ayrılıq və təəssüb meydana gətirmişdir. Bir-birindən fərqli və hətta ziddiyyətli yüz minlərlə hədisin mövcudluğu və səhih sayılması bir çox hədisçilər arasında da müxalifətə səbəb olmuşdur. Bu uydurma hədislərə görə bir məzhəbdə halal sayılan bir şey başqa məzhəbə görə haram sayılmışdır. Yaxud da əksinə olmuşdur. Məzhəblərdəki ixtilaflara bir neçə nümunə gətirək: 1) Saqqalı qırxmaq Hənəfi, Maliki, Hənbəli məzhəblərində haram, Şəfii məzhəbində isə halaldır. Şiə məzhəbinə görə isə məkruhdur. 2) Qan Hənəfi məzhəbində dəstəmazı pozur, digərlərində isə pozmur. Bundan başqa, dəstəmazı pozan şeylərin sayı Şiə məzhəbində 7, Hənəfi məzhəbində 12, Maliki məzhəbində 3, Şəfii məzhəbində 5, Hənbəli məzhəbində isə 8-dir. 3) Qadınlarla əl uzadıb görüşmək Şiə, Hənəfi, Şəfii məzhəbinə görə haram, digərlərinə görə isə halaldır. 4) At əti Maliki və Şiə məzhəblərinə görə haram, digərlərinə görə isə halaldır. Həmçinin qarğa əti Maliki və Şəfii məzhəblərinə görə halal, digərlərinə görə isə haramdır. Bunlar sadəcə bir neçə nümunədir. Məzhəblər demək olar ki, insan həyatına aid hər şeydə ixtilaflı hökmlər çıxarmışlar. Hər məzhəbin nümayəndələri öncə həmin məzhəblərə düşünərək deyil, ümumiyyətlə, təqlid və vərəsəliklə girir, sonra məzhəbə və imamlarının sözlərinə möhkəm sarılırlar. Beləliklə, digər məzhəblərin nümayəndələrinə düşmənlik elan edirlər. Məzhəblər bir din kimi qəbul edilir. Allah adına yalan uydurmağın bir yolu da məzhəbləri din halına gətirməkdir.