• ClipSaver
ClipSaver
Русские видео
  • Смешные видео
  • Приколы
  • Обзоры
  • Новости
  • Тесты
  • Спорт
  • Любовь
  • Музыка
  • Разное
Сейчас в тренде
  • Фейгин лайф
  • Три кота
  • Самвел адамян
  • А4 ютуб
  • скачать бит
  • гитара с нуля
Иностранные видео
  • Funny Babies
  • Funny Sports
  • Funny Animals
  • Funny Pranks
  • Funny Magic
  • Funny Vines
  • Funny Virals
  • Funny K-Pop

Ayaqdakı İltihabı Təmizləyir - Podaqranın Qədim Müalicə Üsulu скачать в хорошем качестве

Ayaqdakı İltihabı Təmizləyir - Podaqranın Qədim Müalicə Üsulu 2 года назад

скачать видео

скачать mp3

скачать mp4

поделиться

телефон с камерой

телефон с видео

бесплатно

загрузить,

Не удается загрузить Youtube-плеер. Проверьте блокировку Youtube в вашей сети.
Повторяем попытку...
Ayaqdakı İltihabı Təmizləyir - Podaqranın Qədim Müalicə Üsulu
  • Поделиться ВК
  • Поделиться в ОК
  •  
  •  


Скачать видео с ютуб по ссылке или смотреть без блокировок на сайте: Ayaqdakı İltihabı Təmizləyir - Podaqranın Qədim Müalicə Üsulu в качестве 4k

У нас вы можете посмотреть бесплатно Ayaqdakı İltihabı Təmizləyir - Podaqranın Qədim Müalicə Üsulu или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:

  • Информация по загрузке:

Скачать mp3 с ютуба отдельным файлом. Бесплатный рингтон Ayaqdakı İltihabı Təmizləyir - Podaqranın Qədim Müalicə Üsulu в формате MP3:


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса ClipSaver.ru



Ayaqdakı İltihabı Təmizləyir - Podaqranın Qədim Müalicə Üsulu

#demədidemə #azerbaycan #podaqra Yağışlı havaların başlaması ilə podaqranın verdiyi narahatlıq da artır. Ayaqdakı oynaqların ağrılı iltihabı həyatı çətinləşdirir. Xatırladım ki, podaqra xroniki xəstəlikdir, tam sağalması mümkün deyil. Ancaq xəstəliyin inkişafının qarşısını almaq və remissiya vəziyyətinə qayıtmaq üçün vasitələr var. Rəsmi tibbin təklif etdiyi dərmanlar təhlükəsiz deyil. Ancaq ənənəvi tibbdəki alternativlər əks təsirlər göstərmədən sizi xilas edə bilər. Bu gün podaqranın səbəblərindən, onunla mübarizə aparmaq üsullarından danışacağam. Podaqranın səbəbləri. Xəstəlik oynaqlarda sidik turşusunun yığılmasından yaranır. Həzm prosesində tam mənimsənilməyən purin maddəsi sidik turşusunun miqdarını artırır. Normal vəziyyətdə sidik turşusu böyrəklər vasitəsilə orqanizmdən xaric edilir. Lakin elə hal yaranır ki, sidik turşusunun miqdarı günbəgün çoxalır, böyrəklərin onu lazım olan qədər bədəndən atmağa gücü çatmır. Bu zaman podaqranın meydana çıxması labüd olur… Əksər hallarda podaqra əzələ-skelet sisteminin digər xəstəlikləri fonunda inkişaf edir. Səbəblərdən biri də, bu xəstəliklərin düzgün müalicə edilməməsidir. Xəstə ağrıkəsicilərdən və iltihab əleyhinə dərmanlardan həddən artıq istifadə etdikdə böyrəklər yüklənir. Nəticədə, böyrəyin funksionallığı azalır. Buna görə də, heç bir dərmanı həkimin məsləhət bildiyindən artıq qəbul etmək düzgün deyil. Çünki yüklənən böyrək bir gün “ağ bayraq” qaldırar və işləməyə daha gücü çatmadığını deyər. Beləcə, orqanizmin faciəsi başlayar. Üstəlik, proses heç bir simptomla özünü büruzə vermədən irəliləyər ki, insan bir də onda ayılar, dializ terapiyası ilə üz-üzədir. Necə ki, sidik turşusunun çoxluğu böyrəyi yükləyir və o, işini ləng görür, eləcə də, böyrəkdəki hər hansı digər problem də sidik turşusunun orqanizmdə yığılma səbəbinə çevrilə bilir. Məşhur riyazi deyimdə olduğu kimi: “toplananların yerini dəyişəndə cəm dəyişmir”. Yəni istər problem böyrəkdə olsun, istər həddən artıq purinlə zəngin qidaların qəbulunda, nəticə dəyişmir: podaqra peyda olur. Xəstəliyin simptomları. Əsas simptomlar oynaqda ağrı, qızartı və yüksək temperaturdur. Çox vaxt xəstəliyin ilk təsir göstərdiyi oynaqlar baş barmağa aid olur. Tədricən aşağı ətrafların digər oynaqlarına, sonra isə əllərdəki oynaqlara yayılır. İllər keçdikcə, xəstəlik irəlilədikcə sidik turşusu oynaqlarda, dərinin altında toplanmağa başlayır və tofus əmələ gətirir. Bunlar iltihablaşaraq xoraya çevrilə bilən sidik turşusu laxtalarıdır. Əgər laxtalar kifayət qədər böyükdürsə, o zaman cərrahi yolla çıxarılmalıdır. Cərrahi müdaxilə gecikdiyi halda, belə bir laxtalanma partlayar və irin qana daxil ola bilər ki, nəticədə, insan ölər... Podaqranın inkişafını necə dayandırmaq olar? Rəsmi tibb sidik turşusunun səviyyəsini azaldan dərmanlar təklif edir. Ancaq bilirsiniz ki, onların böyrəklərə mənfi təsirləri var. Sidik turşusunu orqanizmdən çıxarmağa kömək edəcək ənənəvi tibb reseptləri haqqında sizə məlumat vermək istəyirəm. Bu reseptlərdən mütəmadi olaraq istifadə edən insanlar onların müsbət təsirini qeyd edirlər. Vannalar və şirələr kompleks halda tətbiq edildikdə xəstəliklə mübarizə aparmaq effektiv olur. Şirə kimi, şüyüd, cəfəri, kərəviz və limon suyu için. Bu bitkilərin hamısında sidik turşusu da daxil olmaqla turşuları özünə çəkən və çıxaran maddələr var. Bundan əlavə, sözügedən şirələr immuniteti gücləndirirlər, böyrəklərin fəaliyyətinə müsbət təsir göstərirlər. Şirəni hazırlamaq üçün: yarım dəstə şüyüd, cəfəri və ya kərəviz götürün. Xırda doğrayın. Göyərtinin üzərinə yarım litr qaynar su tökün və qabın ağzını bağlayın. 20 dəq sonra cuna ilə süzün. Zövqə görə, ya eləcə, ya da azacıq limon suyu qatılmış halda için. Şirəni gün ərzində az-az qəbul edin. Bir şeyi də qeyd edim ki, göyərtilərin şirəsini ayrı-ayrılıqda hazırladığınız kimi, hamısını qatıb, qarışıq şirə də əldə etmək olar. Podaqra ilə mübarizədə effektli vanna hazırlamaq üçün: 3 xörək qaşığı gülümbahar qurusu, 3 xörək qaşığı çobanyastığı qurusu götürün. Bunları 1 litrlik şüşə qaba qoyun, üstünə qaynar su əlavə edin. Qapağı bağlayın və yarım saat dəmləyin. Bir ləyənə isti su tökün və 100 qram duz əlavə edib qarışdırın. Ardınca çobanyastığı və gülümbahar dəmləməsini suya tökün, qarışdırın. Ayaqlarınızı bu su ilə 20 dəq müddətində vanna edin. Proseduru həftədə 3 dəfə təkrarlayın. Podaqranın kəskinləşməsinin qarşısı alınacaq və ağrılar azalacaq.

Comments

Контактный email для правообладателей: [email protected] © 2017 - 2025

Отказ от ответственности - Disclaimer Правообладателям - DMCA Условия использования сайта - TOS



Карта сайта 1 Карта сайта 2 Карта сайта 3 Карта сайта 4 Карта сайта 5