У нас вы можете посмотреть бесплатно İnfarktın Gizli Səbəbləri Açıqlandı! Ürəyinizi Səssizcə Öldürən Səbəblər — 99% İnsan Bunu Bilmir! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
İnfarkt nədir ürəyə qan daşıyan damarların tıxanması nəticəsində ürək əzələsinin oksigensiz qalması və zədələnməsi deməkdir. Son illərdə həm dünyada, həm də Azərbaycanda infarkt hallarının artması müşahidə edilir. Bunun səbəbləri bir neçə əsas amillə bağlıdır: Dünyada İnfarktın Artmasının Səbəbləri ÇOXDUR. İlk yerdə isə insanlar arasında Stress və psixoloji gərginliyin artması dayanır. Müasir dövrdə insanların həyat ritmi xeyli sürətlənib. İş yükü, maddi çətinliklər, sosial təzyiqlər və texnologiyanın gətirdiyi informasiya yükü stres səviyyəsini artırır. Stres zamanı orqanizmdə kortizol və adrenalinin yüksəlməsi damarların daralmasına və təzyiqin artmasına səbəb olur, bu da infarkt riskini artırır. İkinci yerdə Qidalanma vərdişlərinin pozulması dayanır. Fast food və hazır yeməklərin çoxalması dünyada piylənmə, xolesterin yüksəlməsi və şəkər xəstəliyinin artmasına səbəb olub. Yağlı, duzlu və şəkərli qidalar damarların elastikliyini azaldır, onları tıxanmağa meyilli edir. Son illərdə dünyada və Azərbaycanda mənşəyi bilinməyən, ucuz, keyfiyyətsiz yağların istifadəsi artıb. Bu isə infarkt hallarının yüksəlməsində mühüm rol oynayır. Mənşəyi bilinməyən yağların bir çoxu trans yağ ehtiva edir. Trans yağlar sənayedə yağların daha uzun müddət xarab olmaması üçün kimyəvi yolla dəyişdirilməsi ilə hazırlanır. Bu yağlar: • Qandakı pis xolesterini (LDL) artırır, • Damar divarlarında yağ yığılmasını sürətləndirir. Nəticə: Damarlar tıxanır və infarkt riski 2-3 qat artır. Azərbaycanda ucuz qiymətə satılan bəzi duru yağların üzərində "zeytun yağı", "günəbaxan yağı" yazılsa da, əksəriyyətinin tərkibinə başqa bitki yağları qarışdırılır. 3. Fiziki aktivliyin azalması Texnologiyanın inkişafı və oturaq həyat tərzi (kompüter, telefon qarşısında uzun müddət qalmaq) insanların gündəlik hərəkətini azaldıb. Hərəkətsizlik ürək-damar sisteminin zəifləməsinə və piylənməyə səbəb olur. 4. Piylənmə və diabet epidemiyası Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, son 20 ildə piylənmə və tip 2 şəkərli diabet halları sürətlə artıb. Hər iki vəziyyət ürək damarlarının zədələnməsinə səbəb olur və infarkt riskini ciddi şəkildə artırır. 5. Siqaret və spirtli içki istifadəsi Siqaret çəkmək damar divarlarını zədələyir, tromb əmələgəlməyə səbəb olur və qan dövranını pozur. Spirtli içki isə təzyiqi yüksəldir və ürək ritmini pozur. Hər iki faktor infarkt riskini artıran əsas səbəblərdəndir. 6. Əhalinin yaşlanması Ümumi dünyada ömür uzunluğu artır. Yaş artdıqca damarların elastikliyi azalır, xolesterin yığılması artır və infarkt riski yüksəlir. 60 yaşdan sonra bu risk daha da kəskinləşir. Çox insanlar həkimə adətən ciddi şikayət olduqda müraciət edir. Halbuki, damarların tıxanması uzun illər simptomsuz davam edə bilər. Vaxtında profilaktik yoxlamalar olmasa, infarkt ani və ağır nəticələrlə baş verir. Azərbaycan mətbəxi zəngin və dadlıdır, lakin çox vaxt yağlı, ətli, duzlu yeməklər üstünlük təşkil edir (plovlar, qovurmalar, piti və s.). Belə yeməklər damarların tıxanmasını sürətləndirir. Xüsusən kişilər arasında siqaret çəkmək adi hal sayılır. Dünya ortalamasına nisbətən Azərbaycanda siqaret istifadəsi yüksəkdir. Bu da infarkt riskini artırır. Əhali arasında gizli hipertoniya (yüksək təzyiq) və şəkər xəstəliyi çox yayılıb. Bir çox insan bu xəstəliklərdən xəbərsizdir və müalicə almır. Kontrolsuz qalan təzyiq və şəkər damarları zədələyir. Dərmanların qeyri-düzgün istifadəsi Bir çox insan həkim məsləhəti olmadan dərman qəbul edir və ya təyin olunan dərmanları yarımçıq saxlayır. Bu isə infarkt riskini artırır. Sonda İnfarktın artmasının səbəbi yalnız bir faktor deyil. Stress, pis qidalanma, hərəkətsizlik, siqaret, diabet, hipertoniya və yaşlanma birləşərək ürəyimizi daha çox təzyiq altında qoyur. İnfarkt riskini azaltmaq üçün həyat tərzində dəyişikliklər etmək, mütəmadi tibbi yoxlamalardan keçmək və sağlam qidalanmağa diqqət edin #xalqtəbabəti #sağlamlıq #infarkt #ürək #damar #ÜrəkSağlamlığı #DamarTıxanması #SağlamYaşam #SağlamQidalanma #Stress #QanDamarları #TransYağlar #Xolesterin #Təzyiq #Diabet #ÜrəkXəstəliyi #HəyatTərzi #Sağlamlıq #TəbiiMüalicə #İnfarktRisk #ÜrəkProblemi #AzərbaycandaSağlamlıq #HəkimMəsləhəti #SağlamHəya