У нас вы можете посмотреть бесплатно III ixtisas qrupu uzre en yuksek netice gosteren shagird... | Kanal S Xeber или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Abone OL: https://goo.gl/W99fFm Copyright © Kanal S_official Sayt: https://kanal-s.az Facebook: https://goo.gl/XVhVzG Nərmin Şamaxı şəhər 1 saylı tam orta məktəbin yetirməsidir. Hələ uşaq vaxtlarından hüquqşünas olmaq, insanlara yardım etmək istəyirdi. Amma seçdiyi ixtisasa yiyələnmək üçün o, çox çalışmalı, yüksək nəticə göstərməli idi. Belə də olur. Hədəfinə çatmaq üçün qəhrəmanımız illərcə gecəsini gündüzünə qataraq çalışıb, özünü təkmilləşdirib. Nərmin deyir ki, yüksək nəticə toplayacağımı bilirdim, amma respublika birincisi olacağımı gözləmirdim. Nərmin ilk imtahanda 653.3 bal toplayıb, lakin bu nəticə onu qane etmədiyindən imtahanın yay mərhələsində də iştirak edərək rekord uğuruna imza atıb. Təbii ki, 666.6 bal toplamaq üçün illərin zəhməti və xeyli məhdudiyyətlər gərəkir. Nərmin deyir ki, ali məktəbə hazırlaşarkən sosial şəbəkələrdən çox az istifadə edir, şənliklərdən uzaq qaçırdım. İstirahət üçün ayırdığım zamanlarımda belə dərs oxuyurdum. Yaşıdlarına da yüksək nailiyyət əldə etmək üçün planlı şəkildə çalışmağı tövsiyə edir. Bu uğur, demək olar ki, bütün Fərzalıyevlər ailəsinin uğurudur. Nərminin valideynləri ilə yanaşı, qohumları, rəfiqələri də onun nailiyyətinə sevinir, sevincinə şərik olurlar. Sınaq imtahanlarında da yüksək nəticələr göstərdiyindən Şamaxı Rayon Təhsil Şöbəsinin də diqqətindən yayınmayan Nərmin dəfələrlə müəllimləri və məktəb rəhbərliyi tərəfindən təşəkkürnamələrə layiq görülüb. Qeyd edək ki, Nərmin Fərzalıyeva XI sinfin yekun qiymətlərinə və buraxılış imtahanı nəticələrinə əsasən fərqlənmə attestatına da layiq görülüb. Biz də öz adımızdan qəhrəmanımızı təbrik edir, gələcək təhsilində və həyatında yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayırıq.