У нас вы можете посмотреть бесплатно "Səyyad Əlizadə səhv müalicə olunduğu üçün ciyərləri partlayıb" - Oğlu efirdə danışanda səsi kəsildi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Müğənni heç vaxt spirtli içki içməyib, siqaret çəkməyib. İdmanla məşğul olub, futboldan və güləşdən dərəcələr qazanıb. Bir müddət əvvəl müğənni haqqında ölüm xəbəri yayılmışdı, o, efirə çıxaraq bu xəbərin yalan olduğunu, sətəlcəm keçirib müalicə aldığını bildirmişdi. Səyyad Əlizadə sentyabrın 13-də koronavirus xəstəsi kimi Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilir. 17 sentyabrda Mərkəzi Gömrük Hospitalına köçürülür, ECMO aparatına qoşulur. Mərkəzi Gömrük Hospitalına köçürüldükdən sonra vəziyyəti yaxşılaşdığı bildirilsə də, daha sonra onun vəziyyətini yenidən ağırlaşdığı bildirildi. Müğənni 30 sentyabr 2021-ci ildə 63 yaşında vəfat etdi. Onun vəsiyyəti Füzuli rayonunda valideynlərinin yanında dəfn olunmaq idi. Ailəsi onu vəsiyyətinə uyğun doğma kəndi – Füzulinin Babı kəndində- valideynlərinin yanında dəfn etdi… Oğlu Atabəy Kulis.az-a verdiyi müsahibədə qeyd edir ki, atası səhv müalicə olunub. Sitat: “Hər şey həkimlərin günahı idi. Efirdə bu barədə danışanda səsimi kəsmişdilər. Sağlam adam idi. 30 gün bu adama heç nə olmamışdı. Nə oldu birdən-birə? Neylədilərsə ciyəri deşildi. Üç gün ərzində dayanmadan qanaxma oldu. Elə çox qan itirdiyinə görə də rəhmətə getdi”. Sitatın sonu… Səyyad Əlizadənin mahnıları dərin sentimentallıq yaşayan bir ölkənin taleyinə çevrildi. Bu gün uşaqlığı, gəncliyi 90-cı illərə düşən hər kəs Səyyad Əlizaədənin mahnısını eşidən kimi içində izaholunmaz bir ürpərti yaşayır. Səyyad da, elə məhz həmin ürpərtidə, həyəcanda yaşayacaq. Allah rəhmət eləsin.