У нас вы можете посмотреть бесплатно Tərtərdə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü təntənə ilə qeyd olunub или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Tərtərdə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü təntənə ilə qeyd olunub Tərtər rayonunda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə genişmiqyaslı "İdman paradı" və bayram tədbiri keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, idman ictimaiyyətinin nümayəndələri və yüzlərlə gənc idmançı iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edib, abidə önünə təzə-tər gül dəstələri düzüblər. Ziyarətdən sonra şəhər 6 nömrəli tam orta məktəbin qarşısından möhtəşəm idman paradına start verilib. Müxtəlif idman növləri üzrə bölmələrin yetirmələri öz nümunəvi geyimləri və rəngarəng çıxışları ilə şəhər mərkəzinə doğru addımlayaraq sakinlərə əsl bayram coşqusu yaşadıblar. Mərkəzi meydanda davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında açıq elan edilib. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə idman sahəsində əldə olunan tarixi uğurlardan bəhs edib. O, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət idman siyasətinin nəticəsində Azərbaycanın dünyada nüfuzlu idman ölkəsi kimi tanındığını vurğulayıb, Tərtər idmançılarının həm respublika, həm də beynəlxalq arenalarda qazandığı qələbələrin qürurverici olduğunu diqqətə çatdırıb. Daha sonra çıxış edən YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov və əməkdar məşqçi-müəllim Faiq Məmmədov gənc nəslin sağlam ruhda böyüməsi üçün idmanın əvəzsiz rolundan danışıblar. Natiqlər qeyd ediblər ki, rayonda yaradılan müasir idman infrastrukturu gənclərin asudə vaxtının səmərəli təşkili və yeni çempionların yetişməsi üçün geniş imkanlar açır. Rəsmi hissənin ardınca meydan idmançıların ixtiyarına verilib. 5 şahmat masasında gənc zəka sahiblərinin intellektual mübarizəsi, eyni zamanda savat, kikboksinq, boks, güləş və futbol qruplarının bir-birindən maraqlı nümunəvi çıxışları tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. Tədbirin sonunda idmanın inkişafında göstərdikləri xidmətə və əldə etdikləri nailiyyətlərə görə bir qrup şəxsə Tərtər Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman, diplom və qiymətli hədiyyələr təqdim olunub.