У нас вы можете посмотреть бесплатно Elçibəy günü, toy qalmaqalı və İrəvanda yeni aksiyalar – Sevinc Telmanqızı ilə ölkə gündəmi -CANLI или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
Ermənistanda növbəti etiraz aksiyası keçirilir. Azərbaycanda saxlanılan diversantların valideynləri hökumət binasının qarşısına toplaşıblar. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, danışıqların aparıldığı üçün gözləməyi tövsiyə edənlərə etirazçılar sərt reaksiya veriblər. “Artıq mən gözləyə bilmirəm, mənim səbrim qalmayıb. Yeddi ay dözmüşəm, artıq dözə bilmirəm”,-deyə, etirazçı valideyn bildirib. Qadınlardan biri iddia edib ki, onların uşaqları “vətəni qorumağa” gediblər. “Bu uşaqların həyatı, gələcəyi heç kim üçün maraqlı deyil. Deyirlər ki, gələcək var (Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının seçki devizindən bəhs olunur – red.) hansı gələcək, Bakı həbsxanası? Budur mənim oğlumun gələcəyi?”-diversantlardan birinin anası deyib. Bu məqamda bir zəruri qeyd edək: Kəlbəcərdə girov götürülən azərbaycanlılar 7 il yarım əsassız olaraq erməni həbsxanasında saxlandı. Erməni terrorçuların valideynləri deyirlər 7 ay keçib, dözə bilmirik. Ermənistanda baş verən proseslər Qarabağla bağlı duruma necə təsir edə bilər? Azərbaycan müxalifəti Şuşa bəyannaməsindən sonra niyə yenidən toqquşdu? Problem niyə həll olunmur? Münasibətlər niyə bu qədər kövrəkdir? Bu gün Elçibəy günüdür. Mərhum prezident Əbülfəz ELÇİBƏYin 83 illiyi tamam olur. Elçibəy xatirələrdə necə qalıb?