У нас вы можете посмотреть бесплатно Hamilelik zamani urek xesteliyi / Kardioloq Afaq Qehremanova / Medplus TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Hamilelik zamani urek xesteliyi / Kardioloq Afaq Qehremanova / Medplus TV #DrAfaqQehremanova #medplustv #alodoktor #medtubebaku #instamedbaku #tibbplustv Facebook dan bizi izlə: / medplus.tv Google+ da Medplus TV ni izlə: https://plus.google.com/u/0/+MedplusTV PlayMarket Alo Doktor https://goo.gl/fRo1kW TibbTV https://goo.gl/MelBbG YUKLE Abone ol https://goo.gl/13lTXN Hamiləlik vaxtı ananın ürək-damar sistemində xeyli dəyişikliklər yaranır. Bu dəyişikliklər 5-8-ci həftədən başlayır, doğuşdan bir müddət sonraya qədər davam edir. Qanın plazma hissəsinin həcmi 50faiz artır. Qırmızı qan hüceyrələri çoxalır. Ürək tez-tez döyünməyə başlayır və ürək hər yığılanda damara daha çox qan nasoslayır. Uşaqlığa gedən qanın həcmi artır. Periferik damarlardakı müqavimət azaldığı üçün qan təzyiqi azca aşağı düşür. Vena damarlarında isə təzyiq qalxır və ayaqlarda şişlik yaranır. Doğuş ərzində ananın qan-damar dövranında qəfil dəyişikliklər yaranır. Bütün bunlara tab gətirmək üçün ürək-damar sistemi sağlam olmalıdır. Bəzi qadınlarda hamiləlikdən əvvəl ürək-damar xəstəlikləri olsa da, simptom və əlamət vermir, yəni gizli qalır. Yalnız hamiləlik vaxtı yuxarıdakı səbəblərdən ötrü ürəyin işi artanda xəstəlik aşkar hala gəlir. Bəzi ürək damar xəstəlikləri var ki, belə xəstəliyi olan qadınların hamilə qalmağı yüksək risk təşkil edir. Belə xəstələrə kardioloq məlumat verməli, psixoloji dəstək və ailənin də yardımı ilə hamilə qalmaqdan vaz keçirilməlidir. Sadalanan xəstəlikləri olan qadınlar hamiləlik fikrindən daşındırılmalıdır; 1) yüksək ağciyər təzyiqi, 2) atma gücü ˂40 olan ürək çatışmazlığı, 3) ürək qapaq xəstəlikləri (aorta, pulmonar, mitral qapaqların ciddi darlığı, ya da ciddi çatışmazlığı ), 4) göyərmə əlaməti olan anadangəlmə ürək qüsurları, 5)aorta koarktasiyası, 6) protez ürək qapağı olanlar, 7) ürək divarının qalınlaşması xəstəliyi (hipertrofik kardiomiopatiya) və s. Bəzi ürək-damar xəstəlikləri olan qadınlar isə kardioloqun nəzarətində qalaraq, məsləhətlərə qulaq asaraq hamiləlik dövrünü və doğuşu problemsiz başa vura bilirlər. Məsələn, ürəyində anadangəlmə deşik olanlara təmirdən sonra, aritmiyası olanlara dağlama üsulu ilə müalicədən sonra, təzyiq xəstələrinə dərman müalicəsi altında hamilə qalmağa icazə verilir. Hamiləlik vaxtı anada olan ürək-damar xəstəlikləri uşağın inkişafına da ziyan vura bilər. Məsələn, uşaq vaxtından əvvəl dünyaya gələ bilər, inkişaf qüsurları ilə doğar, anasında olan ürək qüsurları uşaqda da ola bilər. Ultrasəs müayinəsi belə defektlərin bir qismini vaxtında aşkar edərək, hamiləliyin gedişatına yol göstərər. Anadakı ürək-damar xəstəliyi kəskinləşsə uşağın ölməsi riski yaranar. Ananın ürək-damar xəstəlikləri üçün istifadə etdiyi bəzi dərmanlar hamilə qalandan sonra kardioloq tərəfindən dəyişdirilir, çünki uşağın inkişafına zərər vura bilir. Hamiləliklərin, təxminən 2faiz-də ürək-damar problemləri yaranar. Kardioloq həkimin nəzarəti altında bu riski azaltmaq mümkündür. Hamilə qalmağa qərar verən və ürək-damar xəstəliyi, ya da şikayət/əlamətləri olan xanımların kardioloq müayinəsindən keçmələri məsləhət görülür. Bəzi xanımlar elektrokardioqrafiya, exokardioqrafiya kimi müayinə üsullarından uşağa zərər verər deyə çəkinirlər, ancaq bu qorxu yersizdir. Tibb və sağlamlıq mövzusunda videoları ilk izləmək üçün linkə daxil olaraq MedplusTV kanalına Abunə Olun - https://goo.gl/13lTXN İxtisaslara görə playlistlər: Ginekologiya - https://goo.gl/Lcjboz Urologiya - https://goo.gl/CGiDbX Andrologya - https://goo.gl/4GRfj9 Pediatriya - https://goo.gl/jiAiEe Cərrahiyə - https://goo.gl/KF5LTk Endokrinologiya- https://goo.gl/Zv076m Qastroenterologiya - https://goo.gl/TfxpIm LOR Rinoplastika - https://goo.gl/DbRMRl Oftalmologiya - https://goo.gl/mg2ctT Hepatologiya - https://goo.gl/oS6Jga Proktologiya - https://goo.gl/yPUmJ6 Nevrologiya - https://goo.gl/eD23Qj Kosmetologiya - https://goo.gl/IHVFgZ Flebologiya - https://goo.gl/BDyf3a Psixologiya - https://goo.gl/e4KSZa Azərbaycan Tibb Universiteti Məzunları Medplus TV nin esas tbbi movzulari ve hekim meslehetleri Google+ profilim https://plus.google.com/+MedplusTV Abone ol https://goo.gl/13lTXN Cəmiyyətin tibbi mövzuda maariflənməsində pay sahibi olmaq üçün videoları paylaş! Azərbaycanda ilk peşəkar tibbi kanal kimi fəaliyyət göstərən MedplusTV insanların sağlamlıq mövzusunda maariflənməsini özünə əsas hədəf seçib.Medplus TV bir nov onlayn Hospital funksiyasini da yerine yetirir Mediplus, medplyus ve ya med+ yanliş yazılışdır ve axtarış zamanı qarşınızıa Medplus TV materialları çıxmaya biler. -Siz də bu müqəddəs misyada MedplusTV kollektivinə qoşulmaq istəyirsinizsə kanala abunə olub videolarını paylaşın. Unutmayın ki, həər bir fərd bu cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə tibbi maariflənmənin olmamasından xəstəlk yayılarsa bundan gələcəkdə bizim övladlarımız əziyyət çəkəcək. Sağlam gələcək naminə videoları izlə və paylaş! Abone ol https://goo.gl/13lTXN