У нас вы можете посмотреть бесплатно Arvadını qardaşı ilə yataqda tutdu, özünü öldürüb tualetə atdılar... - Naxçıvanda dəhşət или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Bu hadisə Naxçıvanda - daha dəqiq desək, Culfada baş verib. Oqtay Qasımov Culfa rayonuna prokuror köməkçisi təyin olunduqdan bir neçə gün sonra Naxçıvan Muxtar Respublikasının prokuroru Elmar Qarayev Oqtay Qasımovu çağıraraq deyir ki, ağır bir cinayət baş verib, məsələ araşdırılmalıdır… Çünki baş verən bu hadisə təkcə amansızlığı ilə deyil, vicdansılığı, əxlaqsızlığı ilə dəd diqqət çəkirdi… Hadisə Naxçıvanda əks-səda doğurmuşdu. Bir şəxsi qəddarlıqla öldürüb tualet, kanalizasiya anbarına atmışdılar. Meyit çirkabın içində idi. Bəs qətli kim, niyə törətmişdi? Əslində cinayətin bura qədər olan hissəsi də yetərincə dəhşətlidir. Burda söhbət bir qətldən getmirdi, həm də mərhumun cəsədinin tualetə atılması mövzu idi. Lakin hadisənin kimin və və kimlərin tərəfindən törədildiyi bilinəndə dəhşətin miqyası daha da böyüyür. Culfada ümumi Muxtar Respublikaya sıçrayan bu hadisənin kimin tərəfindən törədilməsi hamını maraqlandırırdı. Beləliklə, 40 yaşlarında olan kişimeyiti kanlizasiya çənindən çıxarılır. Kimliyi müəyyənləşdirilir. Ölən şəxsin arvadı gətirilərək meyit ona təqdim edilir. Arvadı həmin meyitin ərinin meyiti olduğunu təsdiq edir. Lakin onun kim tərəfindən öldürülməsi və öldürülə biləcəyi barədə məlumatının olmadığını deytir. Müstəntiq işinə başlayan prokuror köməkçisi Oqtay Qasımovun ilk işi, təbii ki, mərhumun yaxınlarını və qonşularını danışdırmaq olur. Mərhumun yoldaşından ərinin qardaşı harda olduğu soruşulur. O, cavab verir ki, qaynı, Meğri rayonundadır və orada fəhlə işləyir. Müstəntiq Oqtay Qasımov həmin şəxsi tapmaq və dindirmək üçün Naxçıvana gətirilmək barədə tapşırıq verir. Ertəsi gün mərhumun qardaşı Culfaya, prokurorluğa gətirilir. Dindirilmə zamanı o bildirir ki, hadisə baş verən gün işdə olub. O, fikrini sübutlarla da əsaslandırır. Deyir ki, Meğridən ora gəlməsi və qayıtması zaman etibarilə mümkün deyil. Çünki həmin müddət ərziondə qatar reysi yoxdur. Daha bir məsələ isə, o, Meğqidən Culfaya gəldiyi halda bilet almalı idi, bu yolla da onun gəlib getdiyi bilinə bilərdi. Lakin mərhumun qardaşının postlarda, buraxılış vərəqlərində, biletlərdə, sərhəd nəzarətində adı yox idiş. Belə görünürdü ki, o düz deyir və qardaşının ölümündə onun əli yoxdur. Lakin müstəntiq Oktay Qasımov həmin şəxsin bu qədər inandırıcı ifadəsindən sonra da məsələnin sapını buraxmır. Həmin şəxs dindirildikdən sonra buraxılsa da, müstəntiq özünə bir məsələni sübut etməyə çalışırdı. Görəsən, o, qısa müddətdə qardaşını öldürüb yenidən Meğriyə qayıda bilərdimi, bilərdisə, hansı yolla? Davamı TV11-də... #tv11 #Qayniİle #EriniTualete #culfa #culfada #cinayet #veriliş #serdaramin #kriminal #gelin #sanbo