У нас вы можете посмотреть бесплатно Kiçik və orta sahibkarların diqqətinə: Gəlir vergisi 20 faiz ola bilər – APA TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#APATV #vergi #milliməclis #sahibkarlıq #sahibkar #vergiməcəlləsi #komitə #iclas #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə dəyişikliklər təklif olunub. Təklif olunan dəyişikliyin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib ki, mikro sahibkarlıqdan kiçik sahibkarlığa keçəndə vergi yükü kifayət qədər artır. Bu da sahibkarların vergin yükündən gizlənmək məqsədilə müəyyən sxemlərdən istifadə etməsinə gətirib çıxarır. Lakin dəyişikliyə əsasən, kiçik dövriyyəli mikrosahibkarlıq subyektlərinin 5%-lik güzəştli gəlir vergisindən 20%-lik gəlir vergisinə keçirilməsi də gözlənilir. Məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışdığımız Dövlət Vergi Xidmətindən bildirildi ki, yalnız dəyişiklik Milli Məclisdə müzakirə olunub təklif qəbul edildikdən sonra bu mövzuda açıqlama verə bilərlər. İqtisadçı ekspert Razi Abasbəyli qeyd edir ki, Vergi Məcəlləsinə dəyişikliyin vergidən yayınma hallarının qarşısının alınması məqsədilə təklif olunduğu bildirilsə də, bu dəyişiklik mikrosahibkarlıq subyektləri üçün problem yaradacaq. İqtisadçı ekspert Eldəniz Əmirovun fikrincə isə nəzərdə tutulan dəyişiklik vergi daxilolmalarında azalmanı kompensasiya etmək məqsədi daşıyır. Ancaq ekspert hesab edir ki, vergi daxilolmalarını artırmaq məqsədilə mikrosahibkarlar üzərində belə bir dəyişikliyin tətbiqi doğru deyil, bununla bağlı daha çox iri sahibkarlar üzərində fokslanılmalıdır. Ekspert bildirir ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklik qiymət artımına səbəb olmaqla yanaşı, həm də xidmət sektorunda yeni subyektlərin yaranmasına əngəl törədəcək. Qeyd edək ki, 2 il əvvəl kiçik dövriyyəli mikrosahibkarlıq subyektləri 2%-lik, Bakıda 4%-lik sadələşdirilmiş vergidən azad edilib, 5%-lik güzəştli gəlir vergisinə keçirilmişdi. ORXAN ASLAN APA TV ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv