У нас вы можете посмотреть бесплатно Kürdəmirdə Tofiq İsmayılov adına şəhər 1 saylı tam orta məktəbin 125 illik yubileyi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarəti ilə başlayan tədbirdə Mərkəzi Aran Regional Təhsil idarəsinin müdiri və rayonun icra başçısı iştirak edib. Məktəbdə davam edən tədbirdə qonaqlar bir vaxtlar bu məktəbdə təhsil almış şagirdlərin şəkillərinə baxış keçirib. Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla anıldığı tədbirdə, rayonun təhsil sektorunun müdiri Rəfael Məmmədov, məktəbin direktoru Vüqar Nəsirov və məktəbdə müəllim işləmiş ehtiyatda olan ədliyyə generel-mayoru İkram Kərimov çıxışlarında 125 yaşı tamam olan məktəbdə bu günə kimi alimlər, professorlar, generallar, ictimai xadimlər yetişdiyini və onların ölkəmizin bütün siyası və iqtisadi sahələrində böyük xidmətlər göstərdiyini vurğulayıblar. Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və rayonun icra başçısı Elxan İbrahimovun çıxış etdiyi tədbirin sonunda işlərində fərqlənən təhsil işçilərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.