У нас вы можете посмотреть бесплатно Dar Çanaq Və Doğuş- Nə Vaxt Təbii Doğuş Olmaz? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#Ginekoloq #Darçanaq #Hamiləlik Tibb üzrə fəlsəfə doktoru, Mama-ginekoloq Xəyalə Təhməzi Tel: 055 882 38 34, 077 312 38 34 İnstaqram: https://www.instagram.com/ginekoloq.x... Facebook: https://www.facebook.com/Tibb-%C3%9Cz... MAMALIQ VƏ GİNEKOLOGİYA İXTİSASINDA TİBB ELMLƏRİ ÜZRƏ Fəlsəfə Doktoru Təbii (ağrısız) və Cərrahi (keysəriyyə) doğuşlar.Laporaskopik və açıq ginekoloji əməliyyatlar,histereskopiya,ginekoloji plastik əməliyyatlar,USM diaqnosika, Sonsuzluğun müalicəsi,süni mayalanma, EKO Universitet Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsi 1993-1999 Azərbaycan Aspirantura Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Mamalıq və Ginekologiya 2000-2003 Azərbaycan Uzmanlık Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Tibb elmlər üzrə fəlsəfə doktoru 2000-2007 Azərbaycan Mamalıq və Ginekologiya ixtisası üzrə Dosent 2019-cu il Azərbaycan Dar çanaq – keysəriyyə yoxsa təbii doğuş? Hamilə qadın ilk dəfə ginekoloqun qəbulunda olanda çanağının ölçüləri təyin olunur. Bu məlumatlar hamilənin tibbi sənədlərində qeyd edilir. Amma buna baxmayaraq, doğum evində doğuş başlayana qədər təkrar bir dəfə də ölçülür. Bu ondan ötrü lazımdır ki, anatomik dar çanaq vaxtında aşkar olunsun və doğuşun ona uyğun aparılma taktikası seçilsin. Normal ölçülər Qadın çanağı konusa bənzəyən kişi çanağından fərqli olaraq, qısa və silindrik formalı sümük kanaldır. Onun quruluşu uşağın maneəsiz doğula bilməsi üçün uyğunlaşıb. Belə ki, kişi çanağına nisbətən qasıq bucağı genişdir, oma burnu önə çox çıxmır, büzdüm isə çox əyilməyib. Sümüklər əzələ və piy təbəqələri ilə örtülüdür, hansı ki, qalınlığı fərdi xarakter daşıyır. Buna görə də, budların çox fərqli olmasına baxmayaraq, çanağın normal ölçüləri müxtəlif qadınlarda çox fərqlənmir. Mümkün fəsadlar Anatomik dar çanaqda ana və dölün həyatı üçün təhlükəli fəsadlar inkişaf edə bilər. Doğuş yollarının belə vəziyyəti çox vaxt dölün anormal vəziyyətinə gətirir, hansı ki, doğuşa qədər qalır. Bunlara köndələn, çəp və çanaq gəlişləri aiddir. Hətta normal vəziyyətdə uzun müddət baş hərəkətli qalır, hansı ki, kiçik çanağın girəcəyinə otura bilmir. Hamiləliyin sonu çanağın daralma dərəcəsindən asılıdır. 1-ci dərəcədə, digər əksgöstərişlər olmadıqda, təbii doğuş mümkündür. 2-ci dərəcədə doğuş uzana bilər. Uzun davam müddəti uşağın antenatal ölümü ilə təhlükəlidir. 3-cü dərəcə keysəriyyə əməliyyatı üçün mütləq göstərişdir.