У нас вы можете посмотреть бесплатно VARLIQLAR VƏ HAKİMLİK или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
VARLIQLAR VƏ HAKİMLİK V.– Varlıq varlığı məhv eləyə bilməz. Varlığın özü varlıqkən varlığı necə varlıqdan uzaq eləyə bilər? O varlıq Böyük Yaradan Baxımındadır və o varlığın varlığını Böyük Yaradan Baxımı ilə Dəyişdirə Bilər. Yə’ni, varlığın forması dəyişilər, varlığın özü dəyişilməz. Böyük Yaradan “Yaranış” Kitabının III bölməsində Deyib: “66. Maddilik tək deyil, vəhdətlədir, tək deyil; vəhdət ahənglədir, tək deyil. Maddi maddi ilədir, tək deyil. Hər varlıq varlıqlarladır, tək deyil. 68. Varlıq varlıqdan uzaq deyil, uzaq etsən də, — uzaq deyil. «Uzaq» deyib — ayırdığın, — uzaq deyil. Varlıqdan — varlıq görəcəksən, o varlıqdan — yenə varlıq görəcəksən. 69. Ayırmaq istədiyin, ayrı deyil, İlki ilədir, — ayrı deyil, İlkinə qayıdandır, — ayrı deyil”. F.– Keyfiyyəti necə? V.– ”Keyfiyyət” nəyə deyirsiniz? – onu tapın, “keyfiyyət” dediyiniz gəlib çıxacaq “varlığın” özünə. “Keyfiyyət” demək – onun özlüyünü özü kimi yerinə qoymaqdır – buna “keyfiyyət” deyirlər. İnsanın keyfiyyəti – insanın özünün insani baxımı, varlığıdır. Buna onun xasiyyətini, davranışını, mədəniyyətini, savadlılıq dərəcəsini, nələrini, nələrini əlavə et, cəmində gəlib o “varlığın” özündə cəm olacaq. Özündə cəm olan o varlığın təzahürü Böyük Yaradan İşığının özüdür, Böyük Yaradanın Özünün Yaratdığı yaranışdır. Demək, o keyfiyyət axtarışı ilə o varlığı başqa varlıq adına gətirmək lazım deyil. “Keyfiyyət” demək – o varlığın öz varlığını deməkdir, onun məcmuusu, cəmidir. F.— Bayaq hər hansı bir insanın bir bioloji varlıq kimi atom bombasının partlaması nəticəsində ölümünü mən demək istəyirdim... V.— “Öldü!”, “öldü!”. Yox, Ölmədi! Ölmək üçün o varlığın özü Varlıqdan uzaq olmalıdır, yox olmalıdır. Axı, Varlıq heç cürə yox ola bilmir. Varlığın məkanı dəyişilir. Məkanı dəyişilən varlıq, Varlığın yeni varlığıdır, amma öz varlığı itmir, yoxa çıxmır. Varlıq üçün o biri yeni yaranış varlığı olacaqdır. F.— Yerdəyişmə olur. V.— Yeri dəyişilir. Heç bir varlığı heç bir varlıqdan uzaq eləmək olmaz və uzaq olmur. Yoxdur belə mexanizm, belə bir kainat mexanikası, fizikası yoxdur. İnsanın eqoist baxımı var: – “Məhv edim!” Sən məhv edəcəksənsə, o gördüyün varlığın varlığının özlüyünü görməli idin. Sən ki, görmürsən! O varlıq yaranışdır və Yerə tə’yinlidir. Sən dərk et ki, h a k i m l i k y o x d u r ! “Yaranış” Kitabının V bölməsində Deyilir: “124. Yaranışlar Vəhdətdədir, Vəhdətlədir, cəm kainatların hərəkəti Vəhdətimlə Hərəkətdədir. 125. Yaranışdan uzaq deyilsən, Yaranışımdan uzaq deyilsən, vəhdətlərdən, ahənglərdən uzaq deyilsən. 126. Bu hərəkətlər sənin deyil, Nurumdansan — İşığımdansan, bu İşıqlar sənin deyil, yer məkanı sənin deyil, varlıqlar sənin deyil. 127. Hakim Mənəm, — Güc Etmirəm, Rəhmliyəm, Rəhmsizlik Etmirəm, Səbrliyəm, Səbrsizlik Etmirəm, Nurumdan yaranışsan, səni İşığından Etmirəm, Əbədi yaranışı Əbədiyyətdən Etmirəm. 128. Etmirəm, Etmirəm, sən bəşərə cəza Verib — Cəzalı Etmirəm, — Mən Amiranəlik Etmirəm. 129. Cəm yaranış – sənin ətrafında, varlıqlar sənin ətrafında. Cism cismə hakim deyil, məkan məkana hakim deyil, cəm kainatlarda məkanlar məkanlara hakim deyil. Vəhdət hərəkətinə zorakılıq hakim deyil, ahənglərə ahəngsizliklər hakim deyil. 130. İstəyiniz hakimlikdir, biri birinizə hakimlikdir, məqsədlərinizlə bəşəriyyətə hakimliyinizdir. 131. Məkanınız İşıqdaykən, məkanınıza qaranlıq, cismlərə, varlıqlara qaranlıq (gətirirsiniz). 132. Bəşər — yaranış, kamil yaranış, — Müqəddəslikdən Yaranış, Mənim Rəhmimdən Yaranış. 133. Ey bəşər, cəvabdehliyin az deyil, kamil yaranışın az deyil; İşığımdan yaranışsan, — varlığın az deyil, Yer məkanın kiçik deyil, — sənin olmayan sənin deyil, məkanlarla məkanlıdır, kainatlarda məkanlıdır; Hərəkətdə hərəkətli, Vəhdətimdə hərəkətli, ahənglərlə hərəkətli”. Və yaxud VIII bölmədə Deyilir: “234. Bəşər hakim deyil. Yer məkanına, varlıqlara hakim deyil. Zorakılıqla, məkrlə bəşər bəşərə hakim deyil. Yer qatlarına hakim deyil, dərin sulara hakim deyil, İşıq axımına, Vəhdətinə hakim deyil. 235. Özünə, etdiklərinə hakim olmayan, varlıqlara, Əbədiyyətə, Yer məkanına hakim deyil. 236. Hakimliyin səndədir, varlığındakı böyüklüyündədir; böyüklüyün Müqəddəslikdəndir, pakdır, müqəddəslikdəndir. 237. O məkana göndərişsən, — Əbədiyyətinə dönməlisən”. (davamı şərhlərdə)