У нас вы можете посмотреть бесплатно Kərbəlayi Zahid - Əliəkbər(ə) mərsiyəsi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin növhəsini təqdim edirik sizlərə Baxdı çün Əkbərinin nizədə Leyla üzünə, Gördü zülfü tökülüb, çün şəbi-yelda üzünə. Gəldi şurə dedi: Ey şəmi-şəbistanım oğul, Yetmədi kami - muradə məhi - təbanım oğul, Həşrətək dildə qalıb çıxmadı bu canım, oğul, Gəlməyəydi anan, ey kaş, bu dünya üzünə. Ey səba! Bircə əs, ol zülfi - pərişanı dağıt, Xanimani - dili - viraneyi - Leylanı dağıt, Dili - viraneyi - Leyla kimi dünyanı dağıt, Qoyma düşsün dəxi ol zülfi-səmənsa üzünə. Çün kənar etdi səba zülfi - şikən pürşikəni, Görünüb Haşimi xalilə xətu vəlhəsəni, Məhv olub cümləsi, tökdülə dəfi - dairəni, Bir baxıb Əkbərə, bir baxdıla Leyla üzünə. Qaşların tağı, oğul sureyi - "Yasin" oxuyur, Baxsa hər kim üzünə ayeyi- "Təhsin" oxuyur, Əhli-Qur'andu bular cümləsi "Ta Sin" oxuyur, Necə çəkdilər qılınc məzhəri - "Ta Ha" üzünə? Dedilər: Kimdi bu övrət bizi nalan eləyən, Yoxsa Leyladı bu Məcnun kimi əfqan eləyən, Səni, ey tazə cavan, qanına qəltan eləyən, Necə Məhşərdə baxar Həzrəti-Zəhra üzünə? Etdilər çahi-zənəxdanına həsrətlə nəzər, Zər xirid olmaq üçün bir-birinə verdi xəbər, Tökdülər Şam Züleyxaları çün əşki-bəsər, Baxdılar həsrət ilə Yusifi-Bədha üzünə. Arizin səfheyi - İncili - Xudavəndi - vədud, Nizə başında başın, həm oxuyur süreyi-Hud, Deyəsən, nizə ayağında durub qövmi-Yəhud Darın üstündə baxırlar hamı İsa üzünə. Məzhəri-hüsni-peyəmbər rüxi-xalındu sənin, Ayeyi-"Şəmsü Züha" mehri cəmalındı sənin, Süreyi- "Nunü Qələm" Həşimi xalındı sənin, Kakilin pərdə çəkib "Leylətül-Əsra" üzünə. Başdakı şuri-şəhadətdi sənin tacın, oğul Arizin Kə'bə, hərəmlər hamı hüccacın oğul, Rəfrəfin nizə, mübarəkdü bu Me'racın oğul, Qaşların qiblədü "Qövseyni-ov-ədna" üzünə. Gəh üzün ayineyi - Müshəfü Tövratü Zəbur, Atəşi - Turi - təcəlladı cəmalında zühur, Misridür Şam bu qibtilərə, ya vadiyi - Tur, Ali - Fir'on gəlib baxmağa Musa üzünə. Sabira, hər il əza saxla Əli Əkbərə sən, Kərbəladə gedib ağla o şəhi-davərə sən, Gəl qiyamətdə bu cəm ilə səfi-Məhşərə sən, Qalma həsrət iki dünyadə Mövla üzünə.