У нас вы можете посмотреть бесплатно Lerikli şəhid Natiq Tahirli bu gün dəfn edildi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Mayın 17-də qoşunların təmas xəttində erməni hərbi birləşmlərinin atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namik oğlu dəfn edilib. Şəhid bu gün Lerik rayonunda torpağa tapşırılıb. Şəhid Natiq Tahirlinin cənazəsi doğulduğu Lerik rayon Almu kəndində böyük izdihamla torpağa tapşırılıb. Dəfn mərasimində Lerik rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinin əməkdaşları, N saylı hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər. Mərasimində çıxış edənlər şəhid Natiq Tahirlinin Vətən uğrunda canından keçdiyini, əbədiyyətə qovuşduğunu, adının həmişə ürəklərdə yaşayacağını bildirərək, ailəsinə dərin hüznlə başsağlığı veriblər. Sonra şəhidin əmisi Kamil Tahirov çıxış edərək, qardaşı oğlunun torpaqlarımızın müdafiəsi zamanı şəhid olmasından ailə üzvlərinin qürur duyduğunu bildirib. Bildirib ki, Natiq həmişə hərbçi olmaq arzusu ilə yaşayıb, hətta hərbi xidməti başa vurduqdan sonra da xidmətini davam etdirmək istəyib. Bildirək ki, şəhid Natiq Tahirli 7 ay bundan əvvəl hərbi xidmətə yola salınıb. O, qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində başından snayper gülləsi alaraq həlak olub. Şəhid əsgərimiz ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salındı. Şəhidin tabutuna bükülən üçrəngli bayraq atasına təqdim edildi.