У нас вы можете посмотреть бесплатно "Pulunu versəm də, mənzilə daxil ola bilmirəm" | İpoteka ilə aldığı mənzil başına bəla oldu или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
"Pulunu versəm də, mənzilə daxil ola bilmirəm" | İpoteka ilə aldığı mənzil başına bəla oldu Paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 183 ünvanında yerləşən çoxmərtəbəli binada mənzil qalmaqalı yaşanır. Belə ki, ipoteka ilə alınan evdə vətəndaş yaşaya bilmir. Şikayətçi İlkin Novruzovun sözlərinə görə, özünə məxsus hesab etdiyi mənzilə daxil olmasına icazə verilmir və hazırda eyni evə demək olar ki, üç nəfər sahiblik iddiası irəli sürür. Vətəndaş bildirib ki, 2025-ci ilin iyul ayında həmin binada yerləşən mənzilə baxmağa gediblər. O zaman mənzildə Lalə Abdulova və Samir adlı şəxslər yaşayırmış. Onlar mənzilin Elvin adlı qohumlarına məxsus olduğunu və alqı-satqıdan dərhal sonra evi tərk edəcəklərini deyiblər. “Sonra Elvin adlı şəxslə görüşdüm, sənədləri götürüb ipoteka üçün banka təqdim etdim. Bir ay sonra, avqustda mənzil dövlət ipotekası yolu ilə mənim adıma rəsmiləşdi, çıxarış da mənim adıma verildi. Evi təhvil almaq üçün mənzilə gələndə isə Lalə Abdulova və Samir evi tərk etməyəcəklərini, əks halda özlərinə xəsarət yetirəcəklərini bildirdilər. Dedilər ki, Elvin onların qohumu deyil, vaxtilə evi onlardan hədə-qorxu ilə alıb. Elvinə zəng edəndə isə o, həmin şəxsləri tanımadığını, onların dələduz olduğunu dedi. Hazırda ipoteka ödənişlərini davam etdirirəm, amma mənzilə daxil ola bilmirəm”, – deyə o qeyd edib. Hazırda mənzildə yaşayan Lalə Abdulova isə bildirib ki, heç kimin evinə zorla daxil olmayıb: “Həmin mənzil qızım Nərgiz Səlimovanın adına idi. 2025-ci ilin iyul ayında Elvin və onun arvadı Aynurə adlı şəxslərin hədə-qorxusunun nəticəsində ev borca görə girov olaraq Elvinin adına keçirilib. Lakin 20 gün sonra İlkin bəylə alqı-satqı müqaviləsi bağlanıb. İlkin Novruzov isə ev sahibinin biz olduğumuzu və orada problem olduğunu bilirdi. Alqı-satqı zamanı Elvinə verilən çıxarışın da təzə olduğunu görüb. Hazırda biz qızıma məxsus olan evə aid imzalanan hər iki müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etmişik. Bütün sübutlarımız da təqdim edilir. Mənim həmin evdən çıxarılmağım ilə bağlı hər hansı məhkəmə qətnaməsi yoxdur”. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv "Pulunu versəm də, mənzilə daxil ola bilmirəm" | İpoteka ilə aldığı mənzil başına bəla oldu 2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #bakutvxəbər #ipoteka #mənzil #mənzilproblemi #daşınmazəmlak #alıcışikayəti #hüquqiməsələ #tikintişirkəti baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan