У нас вы можете посмотреть бесплатно ŞİRVANŞAHLAR SARAYI или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Şirvanşahlar sarayı Şirvanşahlar sarayı və ya Şirvanşahlar saray kompleksi — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir. Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib. Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Sultan III Muradın adını daşıyan darvaza tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib. Əsas tikililərin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq saray kompleksi ümumi bədii təəssürat yaradır. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Dəqiq kubik formalı və çoxüzlü memarlıq abidələri yaradaraq onlar divarları zəngin oyma naxışlarla bəzəyirdilər və bu sübut edir ki, sarayı tikənlər bənnalıq sənətini yüksək səviyyədə bilirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəmiş, yaradıcı surətdə onu inkişaf etdirmiş və zənginləşdirmişdir. Müxtəlif dövrlərdə həyata keçirilən tikintilər həm ölçülərin vəhdəti, həm də əsas memarlıq formaları olan kubik şəkilli binalar, günbəzlər və portalların ahəngi və mütənasibliyi ilə əlaqələndirilmişdir. 1964-cü ildə saray kompleksi "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi-memarlıq qoruq-muzeyi elan edildi. 2000-ci ildə unikal memarlıq və mədəniyyət kompleksi Bakı şəhərinin qala divarları ilə əhatə edilmiş tarixi hissəsi — İçərişəhər və Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edildi. 2001-ci ildə Şirvanşahlar sarayı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən dünya əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alındı. Müasir dövrdə Şirvanşahlar sarayı Azərbaycan memarlığının incisi hesab edilir. Sarayın yeri Sarayın binası Bakıdakı təpənin ən yuxarı hissəsində, Bakının "Qala" adlandırılan ən qədim hissəsində yerləşir. Hal-hazırda o, qədim şəhər divarları ilə əhatə edilib. Saray kompleksinin yerləşdiyi ərazi kiçikdir, təqribən bir hektar sahə tutur. Sarayın yanında yerləşən tikililər sarayla birbaşa əlaqədardır. Sarayla birlikdə bu tikililər bütöv bir kompleksi təşkil edir. Kompleksə daxil olan tikililər minarəsi ilə Şah məscidi, onun yanında Şirvanşahlar türbəsi, Divanxana (şimal tərəfdən saraya bitişikdir) və Seyid Yəhya Bakuvinin türbəsidir ("Dərviş türbəsi" kimi də tanınan bu türbə sarayın cənubunda yerləşir). Əvvəllər türbənin yaxınlığında qədim məscid var idi. İndi isə onun yalnız qalıqları qalıb. Saray kompleksi tikililəri yaxınlığında həmçinin saray hamamı və ovdan yerləşir. Onlar Şirvanşahlar türbəsinin qərbində yerləşir. Kompleks təpənin yuxarı hissəsində olduğuna görə qədim şəhərdə üstün coğrafi mövqeyi var və uzaqdan nəzərə çarpır. Bakının orta əsrlərə aid binaları arasında o, memarlığın ağırlığına, tikilmə üsullarına və əzəmətinə görə fərqlənir.[8] Keçmişdə saray bürcləri olan divarla əhatə edilmişdi və beləliklə, Bakı qalasının daxili istehkamı kimi istifadə edilirdi. Baxmayaraq ki, hal-hazırda bu divarın heç biri izi qalmayıb, ancaq XX əsrin 20-ci illərində sarayın şimal-şərq hissəsində bürcün təməllərini və divarın əlaqədar hissəsini görmək olurdu. _____________ 📢 Səyahətçi - ölkəmizi və dünyanı qarış-qarış gəzmək istəyən səyahətçilərin online bələdçisidir. 🔔 https://www.t.me/seyahetchi 💡 Siz də təşkil etdiyiniz turları, səyahət yazı və fotolarınızı, satdığınız əşyaları və s. saytda dərc etməyimiz üçün bizə göndərə bilərsiniz. 🎯 Fəaliyyət sahəmiz: 📌 Turizm xəbərləri: https://www.seyahetchi.az/xeberler 📌 Ölkədaxili və ölkəxarici turlar: https://www.seyahetchi.az/turlar 📌 Dünyanı kəşf edəcəyiniz bloq yazıları: https://www.seyahetchi.az/blog 📌 Səyahət üçün avadanlıqların satışı: https://www.seyahetchi.az/maqaza 📌 Səyahət, istirahət və gəzməli məkanlar: https://www.seyahetchi.az/mekan 📌 Səyahət etmək üçün nəqliyyat: https://www.seyahetchi.az/naqliyyat 📌 Bələdçilər; 📌 Və s. ✅ Bizi izləyin: 🌐 Veb-sayt: https://www.seyahetchi.az 🖥️ Facebook: https://www.facebook.com/seyahetchi.az 📱 İnstagram: https://www.instagram.com/seyahetchi.az 🕊️ Twitter: https://www.twitter.com/seyahetchiaz ❓ Sualınız yaranarsa, buyurun.