У нас вы можете посмотреть бесплатно Toplum TV işi: ''İlkini almaqla gələcəyimi aldılar əlimdən'' или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
‘’Onunla sanki hər şeyim itdi. Gələcəyimi aldılar, ümidimi aldılar. Onu məndən almaqla yenə zərbə vurdular mənə’’, İlkin Əmrahovun anası deyir. Toplum TV ilə bağlı açılan cinayət işində həbs olunan 23 yaşlı İlkin Əmrahovun valideynləri onun günahsız olduğunu deyir. Martın 6-da Toplum TV ilə eyni ofisi paylaşan Demokratik Təşəbbüslər institutunda çalışan İlkin Əmrahovun evində axtarış aparılıb. Axtarış nəticəsində sobanın arxasından 2700 avro dəyərində pulun tapıldığı iddia edilir. Toplum TV ilə bağlı açılan cinayət işində digərləri kimi İlkin Əmrahova da qaçaqmalçılıq ittihamı verilib. Ailəsi İlkinin heç vaxt ölkəni tərk etmədiyini, xarici passportunun da olmadığını deyir. İlkin Dövlət İdarəçilik Akademiyasını bitirib, hazırda magistr tələbəsidir. O, rütubət qoxulu evdə, bir qarnı ac, bir qarnı tox böyüyüb. İlkin Əmrahovun qardaşı hərbi xidmətdən kəskin şizofreniya diaqnozu ilə qayıdıb. Xəyalə Əmrahova deyir ki, yeganə ümidi İlkin idi. İndi onun həbsi qardaşının psixoloji durumunu ağırlaşdırıb. Martın 8-də Xətai Rayon Məhkəməsinin qərarıyla ilkin Əmrahov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Media qurumunun ofisi möhürlənib, ümumilikdə bu işlə bağlı 7 nəfər həbs olunub. Toplum TV-nin rəhbərliyi həbslərin jurnalistika fəaliyyətilə bağlı olduğunu deyir.