У нас вы можете посмотреть бесплатно "Xalq qəzeti"nin baş redaktoruna yeni vəzifə verilib/Həyat yoldaşına işgəncə verən şəxs barəsində или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
►►► Kanalımıza ABUNƏ olun ►►► Bildirişlərin gəlməsi üçün "zınqırov" işarəsinə vurun! Tiktok: https://www.tiktok.com/@sherg_tv?is_f... Sayt: https://sherg.az/ Hər vaxtınız xeyir olsun hörmətli tamaşaçılar, Şərq TV-ni izləyirsiz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. 1. Prezident İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtoneni qəbul edib. Söhbət zamanı ölkəmizlə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Elina Valtonen Vaşinqtonda əldə olunan Azərbaycan-Ermənistan razılaşmasına görə Prezident İlham Əliyevi təbrik edərək, bunun ATƏT məkanında sülh və regional əməkdaşlıq üçün əhəmiyyətini vurğuladı. Qonaq Azərbaycan və Ermənistanın müraciəti əsasında ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların fəaliyyətinin 2025-ci il dekabrın 1-dək ləğv ediləcəyini bildirib. Prezident İlham Əliyev Vaşinqtonda Ermənistanın öhdəlik götürdüyü “Tramp marşrutu” layihəsinin regional əməkdaşlıq üçün əhəmiyyətini vurğulayaraq, onun bütün bölgəyə fayda verəcəyini bildirib. 2. İran Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Azərbaycanda keçiriləcək “AZIREX-2025” birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə ölkəmizin ərazi sularına daxil olublar. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, gəmilərin təntənəli qarşılanma mərasimi keçirilib. Təlimin əsas məqsədi Xəzər dənizində təhlükəsizliyin təmin olunması, axtarış-xilasetmə əməliyyatlarında qarşılıqlı əlaqə və koordinasiyanın gücləndirilməsidir. Tədbirdə hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı arasında görüş baş tutub. Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və “AZIREX-2025” təliminin təşkili məsələləri müzakirə olunub. 3. "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşova yeni vəzifə verilib. Mətbu orqanda direktor vəzifəsi yaradılıb və bu vəzifəyə Əflatun Amaşov təyin olunub. O, bundan sonra "Xalq qəzeti"nin həm direktoru, həm də baş redaktoru vəzifələrini icra edəcək. Qeyd edək ki, "Xalq qəzeti"nin təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsidir. 4. Bakıda həyat yoldaşına işgəncə verməkdə təqsirləndirilən 27 yaşlı Atlıxan İbrahimov barəsində məhkəmə hökm çıxarıb. Araşdırmalar zamanı məlum olub ki, Atlıxan İbrahimov hamilə həyat yoldaşına dəfələrlə fiziki şiddət göstərib. O, hər dəfə qadını döyərkən bədəninin müxtəlif nahiyələrindən dişləyərək əzab verib. Sonuncu dəfə isə yeməyin duzlu olmasını bəhanə edərək, qadını amansızcasına döyüb. Hadisə nəticəsində, 18 həftəlik hamilə qadının bətnindəki uşaq tələf olub. Xatırladaq ki, 2023-cü ildə Atlıxan yaşadıqları evdə birinci qrup əlil olan atasına qarşı fiziki zorakılıq törədib. Məhkəmənin ötən həftə çıxardığı hökmə əsasən Atlıxan İbrahimov, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 5. Sabah ölkə ərazisində yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 15-dən 16-na keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Oktyabrın 16-da isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-22° isti olacaq. Rayonlarda isə hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında, axşama doğru isə əksər rayonlardan arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq. Bu günə çatdıracağlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq #hava #azərbaycan #xeberler #abş #silah #israil #başnazir #müharibə #qəzza #ərəb #serq #misir #tramp #su #gürcüstan #ermənistan #nazir #avropa #gecə #gündüz #bakı #işgəncə #xalqqazeti #vəzifə #görüş #təlim #həbs ► Digər videolarımızı izləyin • • Gənclər niyə evlənmək istəmir? • • ZƏHMƏT OLMASA... Çəkməçi • • Gənclər niyə xaricə üz tutur? - SORĞU • • YAXIN ƏYLƏŞİN! Məhəmməd Əmin Rəsulzadənin ...