У нас вы можете посмотреть бесплатно Naxçıvan kitab sərgisi - 15.05.2023 или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
I Naxçıvan Kitab Sərgisi keçirilib Xəbər verdiyimiz kimi, 13-14 may tarixlərində Naxçıvanda “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), “Naxçıvan” Universiteti və “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı, eləcə də “Sirab” ASC-nin baş sponsorluğu, “Hədəf” kurslarının sponsorluğu ilə Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ANAİB I Naxçıvan Kitab Sərgisi keçirilib. Sərgidə tanınmış qələm və incəsənət adamları ilə görüş keçirilib, oxucular öz sevimli müəllifləri ilə ünsiyyət qurublar. Sərgi çərçivəsində məşhur yazıçılar Elxan Elatlı, Varis, Zahid Xəlilin və şair Rüstəm Behrudinin imza mərasimləri baş tutub. Bundan başqa kitab bayramında təlimçi Orxan Şahbaz “Naxçıvanlılar nə oxuyur?”, təhsil texnoloqu Şəmil Sadiq “Çevrənin hissələri – müəllim, şagird və valideyn”, Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov “Təhsil tələbə krediti nədir?”, dilçi alim Rafiq İsmayılov “Oxuyub anlama – təhsildə metabacarıq kimi”, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və professor Qulu Məhərrəmli “Azərbaycan jurnalistikası dünəndən bu günə” panelləri ilə çıxış ediblər. Sərginin qonaqları sırasında qiraətçi Xəzər Süleymanlı da var. Sərgi çərçivəsində ssenari müəllifi Arif Əliyev, prodüseri Tahir Tahiroviç olan “Əsgərlər unudulanda ölürlər” filminin təqdimatı olub.