У нас вы можете посмотреть бесплатно Tariximizi yaşadaq. Ənvər müəllim Rzayev или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
“Tariximizi Yaşadaq” – Keçmişimizi Gələcəyə Daşıyan Layihə Zaman axır, illər dəyişir, nəsillər bir-birini əvəzləyir. Lakin tariximizi yaşatmaq, keçmişimizi gələcək nəsillərə çatdırmaq, dəyərlərimizi qorumaq bizim müqəddəs borcumuzdur. Məhz bu məqsədlə 2022-ci ildə Fədail İsmayılovun ideyası əsasında “Tariximizi Yaşadaq” layihəsinin çəkilişlərinə start verildi. Bu layihənin əsas missiyası Çayrudun zəngin tarixini, unudulmaz xatirələrini, qədim izlərini və mədəniyyətini gələcək nəsillərə ötürməkdir. Çayrudun hər daşı, hər cığırı, hər köhnə evi bir tarix daşıyır və bu mirasın unudulmaması üçün layihə çərçivəsində mühüm işlər həyata keçirilir. Layihənin uğurla icra olunmasında Seyran İsmayılovun təşkilatçılığı və peşəkar komandamızın əməyi böyük rol oynayır. Bu dəyərli işin ərsəyə gəlməsində operatorlar Cəsarət və Əli Hüseynov öz peşəkarlıqları ilə tarixi anları lentə alaraq, gələcək üçün unudulmaz xronikalar hazırlayırlar. Bu layihə, sadəcə bir film və ya sənədli çəkilişlər toplusu deyil. Bu, ruhumuzu, köklərimizi, kimliyimizi yaşadan və gələcəyə daşıyan bir vəsiyyətdir. Tarixini bilən, dəyərlərinə sahib çıxan bir cəmiyyət gələcəyə daha güclü addımlarla irəliləyər. Gəlin, tariximizi birlikdə yaşadaq və onu gələcək nəsillərə əmanət edək!