У нас вы можете посмотреть бесплатно “Etalon” Hospitalda ölüm halları: Niyə cəzalandırılan yoxdur? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
YouTube kanalına abunə olun: / @bakupost6469 Bir neçə gün öncə tanınmış psixoloq Nilufər Abdulla uğursuz cərrahi əməliyyatdan sonra dünyasını dəyişdi. Üç azyaşlı övladı anasız qaldı. Bədən şəkilləndirmə əməliyyatı “Etalon” Hospitalda baş tutmuşdu. Psixoloqun bacısı Fidan Abdulla “Baku TV”-yə bildirib ki, hadisənin əsas səbəbkarı cərrah Seymur Məmmədov və “İnstagram” sosial çəbəkəsində özünü “d-r Pərviz” kimi təqdim edən şəxsdir: Seymur Məmmədov Pərviz adlı şəxsin komandasında cərrah kimi fəaliyyət göstərir. Bizi Seymur Məmmədova da o yönləndirdi. Bizi inandırdı ki, Seymur Məmmədov lisenziyalı, çox professional həkimdir. Klinikada əməliyyatdan sonra bacımı palataya köçürdülər. Mən soruşanda ki, niyə reanimasiyaya yerləşdirmirsiniz, dedilər, reanimasiya elə buradır. Bir müddət sonra süni nəfəs verən, təzyiqi, ürək döyüntüsünü ölçən aparatların çıxartdılar. Səbəbini soruşdum, dedilər, artıq yatıb. Halbuki yatsa da, bu aparatlar çıxardılmamalı idi. Sonra bir tibb işçisi gəldi, diqqət yetirib nə gördüsə, bütün həkimləri ora çağırdı. Aparata təkrar qoşanda nəbzi sıfıra qədər düşdü”. Sosial şəbəkələrdə özünü d-r Pərviz kimi təqdim edən Pərviz Əhmədovun anesteziolq olduğu, mahiyyət etibarilə estetik əməliyyatlar, bədən şəkilləndirmə əməliyyatları bazarında dəllal kimi fəaliyyət göstərdiyi bildirilir. Əməliyyatı edən cərrah Seymur Məmmədovun isə lisenziyası ləğv edilib. Ancaq qəribə burasıdır ki, bütün bunlara baxmayaraq, “Etalon” Hospital onu hələ də öz internet resurslarında estetik cərrah kimi təqdim edir. İnternet üzərindən kiçik araşdırma apardıqda görürsən ki, “Etalon” Hospitalda estetik əməliyyatdan sonra Nilufər Abdullanın ölümi ilk belə hal deyil. Bir neçə ay öncə eyni həkim tərəfindən əməliyyat olunan Sumqayıt sakini, 33 yaşlı Pərvanə Mirzəyeva da dünyasını dəyişmişdi. Türkiyə vətəndaşı olan azərbaycanlı aktrisa Natavan Gümeti də bu hospitalda əməliyyatdan sonra ölümlə üz-üzə qalmışdı. Müqayisə etmək üçün daha bir cərrahiyyə faciəsini xatırladaq. Bu il yanvar ayında 30 yaşlı Nəzrin Mansurova rinoplastika əməliyyatından sonra dünyasını dəyişdi. Əməliyyatı “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev etmişdi. Ölüm halından sonra Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilərək həbs olundu. Ancaq “Etalon” Hospitalda baş verən ölüm halları ilə bağlı eyni nəticəni hələ ki görmürük. Gördüyümüz odur ki, Pərviz Əhmədov və sertifikatı ləvğ olunmuş Seymur Məmmədov fəaliyyətlərinə davam edirlər. Necə olur ki, əməliyyatdan sonra pasiyenti ölən biri dərhal həbs olunur, digəri isə işinə davam edir? Sosial şəbəkələrdə Seymur Məmmədovun başqa klinikalarda da əməliyyatlar etdiyi bildirilir. Cəmiyyət isə aidiyyəti qurumlardan bu hadisələrin nə vaxt araşdırılıb başa çatdırlacağını, hüquqi qiymət alacağını gözləyir. Bizi sosial şəbəkələrdə izləyin Telegram: https://t.me/bakupost Facebook: https://www.facebook.com/bakupost?mib... Tiktok: https://www.tiktok.com/@bakupost.az?_... İnstagram: https://www.instagram.com/bakupost_az... Rəsmi sayt: https://www.bakupost.az/ bakupost, bakupostv, bakupostaz, xeber az, xeberler, xeber, son xeberler bugun, son xeber, xeber tv, Azerbaycanda xeberler, Azerbaycan gündemi, dünya gündemi