У нас вы можете посмотреть бесплатно Generaldan əsgərə düşənlər - Kimlər general rütbəsindən məhrum edilib? - Siyahı или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Azərbaycanda general rütbəsindən neçə nəfər məhrum edilib. Onlar kimlərdir? Ali rütbədən məhrum edilmə səbəbləri nədir? TV11 paqondan məhrum dilmiş eks generalları təqdim edir. 1. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilib. 2. Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov da 2021-ci ildə Naxçıvan MR Hərbi Məhkəməsinin hökmünə əsasən, xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib. 3. 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilən, 3 il sonra isə imzalanmış əfv sərəncamı ilə azadlığa çıxan Akif Çovdarov da eyni aqibətlə üzləşib. O, Azərbaycan Prezidentinin sərəncamı ilə 2020-ci ildə general rütbəsindən və digər orden və medallardan məhrum edilib. Akif Çovdarov general-mayor ali hərbi rütbəsindən məhrum edilərək əsgər rütbəsinə endirildiyindən, qanunvericiliyin tələblərinə görə, onun hərbi qulluqçu kimi pensiya almaq hüququ da yoxdur. 4. Bundan başqa, ötən ilin oktyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinovun da general-mayor ali rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərilməsi qərara alınıb. O, qurumun tərkibində idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili Nadir Nəzirovla mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə, külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə alıb, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında ittiham olunub. Nizami Şirinov 8 il müddətinə azadlıqdan məhrum edilib. 5. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Əməliyyat-Texniki İdarəsinin rəisi vəzifəsini tutmuş Natəvan Mirvətovanın da 2018-ci ilin aprelində “MTN işi” çərçivəsində məsuliyyətə cəlb olunaraq general-mayor hərbi rütbəsi geri alınıb. 20 il öncəki cinayətə görə 2021-ci ildə həbs olunan general-leytenant Rövşən Əkbərovun da rütbəsinin alınması müzakirə olunurdu. Sabiq birlik komandirinin general-leytenant rütbəsinin alınıb-alınmayacağı ilə bağlı suala Baş prokuror Kamran Əliyev belə aydınlıq gətirmişdi: “Bununla bağlı işdə çıxış edən prokurorun da mövqeyi olub və məhkəmənin də qərarı var. Qanunun tələblərinə görə bu, mütləq deyildi. Zəruri olan hallarda prokuror bunu məqsədəmüvafiq hesab edirsə, məhkəmə qarşısında vəsatət qaldırır. Məhkəmə də aidiyyəti qurumlara qərar verilməsi üçün vəsatət göndərə bilər. Amma bu işdə məqsədəmüvafiq hesab edilməyib. Ona görə də belə bir qərar qəbul olunmayıb”. Rövşən Əkbərov 10 il azadlıqdan məhrum edilib. O, 2001-ci ildə Ukraynada iş adamı Elçin Əliyevi hərbi xəncərlə vuraraq öldürməkdə təqsirli bilinib. Bununla yanaşı MTN işi davam etdiyi müddətdə Eldar Mahmudovun da li rütbəsinin geri alınması ehtimalının qaldığı deyilir.