У нас вы можете посмотреть бесплатно Səs teli ifliclərinin müalicəsi necə aparılır? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Bir tərəfli səs teli iflicləri zamanı adətən səs tellərində tam qapanma problemi əmələ gəlir. Buna görə də müalicədə əsas hədəf bu problemin aradan qaldırılmasına yönəldilmiş olur. Əgər səs tellərimizi innervasiya edən işlədən sinirlər öz fəaliyyətini tam itirməyibsə, o zaman 6 aya kimi gözləmək və bu müddətdə xəstəyə fizioterapevtik müalicə, səs terapiyası və dərman müalicəsi icra edilir. 6 ay ərzində aparılan müalicə effekt verməzsə o zaman iflic olan tərəfdə səs telinə gec sorulan xüsusi maddələr inyeksiya olunaraq səs telinin orta xəttə gətirilərək qarşı səs teli ilə təmas olması və bununla da normal cingiltili səs çıxardılması icra olunur. Səs tellərinə inyeksiya olunan maddələrin zamanla sorulmasını və ən uzun müddətli qalma müddətinin maksimum 18 ay olmasını nəzərə alaraq səs telinin orta xətdə qalmasını təmin edən cərrahi əməliyyat texnikaları icad olunmuşdur. Bu əməliyyatlar tireoplastika adlanır. Yerli keyləşdirmə ilə, dəridə estetik bir kəsik aparıb qalxanabənzər qığırdaq üzərində xüsusi bir dəlik açılaraq səs teli orta xəttə itələnir və arxasına sorulmayan maddədən bir protez qoyularaq geri qayıtmasının önü alınır. Bu əməliyyatlar müvəffəqiyyətlə icra olunarsa pasyentlərin səsi davamlı olaraq cingiltili normal çıxa bilər. www.drhashimli.com www.voicedoctor.az