У нас вы можете посмотреть бесплатно Suriya xalqı bunlar olmadan yaşaya bilməz | Baş nazirdən sensasiyalı açıqlama или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Suriya xalqı bunlar olmadan yaşaya bilməz | Baş nazirdən sensasiyalı açıqlama Suriya keçid hökumətinin Baş naziri Məhəmməd əl-Bəşir qarşıya qoyduqları hədəfləri açıqlayıb. Bu barədə Türkiyə mediası məlumat yayıb. “Birincisi, Suriyanın bütün şəhərlərində təhlükəsizliyin və sabitliyin bərqərar olunmasıdır. İnsanlar haqsızlıqdan, zülmdən tükənib. Hakimiyyət yenidən qurulmalıdır ki, insanlar öz işlərinə və normal həyata qayıda bilsinlər. İkincisi, xaricə gedən milyonlarla suriyalını geri qaytarmaqdır. Onların insan kapitalı və təcrübəsi ölkənin inkişafını təmin edəcək. Xaricdəki bütün suriyalılara çağırış edirəm: Suriya indi öz qürurunu və şərəfini qazanmış azad bir ölkədir. Geri qayıdın. Biz yenidən qurulmalıyıq, yenidən doğulmalıyıq və hər kəsin köməyinə ehtiyacımız var”, – Baş nazir deyib. Üçüncü hədəflərinin strateji planlaşdırma olduğunu bildirən Məhəmməd əl-Bəşir suriyalıların elektrik, çörək və su kimi əsas xidmətlər olmadan yaşaya bilməyəcəklərini vurğulayıb: “Biz keçid hökumətiyik, lakin bu mövzuda işə başlamalıyıq. Hələb, Həma və Dəməşqə girdiyimizdə suriyalılar ikiqat qaranlıqda yaşayırdı: rejimin qaranlığı və elektrik verilişinin fasiləsi zamanı yaranmış qaranlıq. Bu, tamamilə qəbuledilməzdir”. Baş nazir eyni zamanda vurğulayıb ki, Suriyanın iqtisadi vəziyyəti çox ağırdır: “Dövlət büdcəsində sadəcə dəyəri olmayan Suriya lirəsi var. Xarici valyutamız yoxdur, kreditlərə və istiqrazlara gəlincə isə biz hələ də məlumat toplayırıq. Yəni maddi cəhətdən çox pisik. Borc, çətinliklər çox böyükdür, lakin bizim uğur qazandığımız İdlib təcrübəmiz var. Suriyanı inkişaf etdirə bilərik. Bu, vaxt aparacaq, amma buna nail olacağıq”. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber / baku.tv / bakutvofficial https://www.baku.tv ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI QAPQARA ➧ • QAPQARA AYDIN TARİX ➧ • AYDIN TARİX ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir? O VAXTLAR ➧ • O VAXTLAR SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK BAKU MED ➧ • BAKU MED RƏSMİLƏR ➧ • RƏSMİLƏR BAKU AKTUAL ➧ • BAKU AKTUAL RETRO BAKU ➧ • RETRO BAKU ARAŞDIRMA ➧ • ARAŞDIRMA 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİKASI Suriya xalqı bunlar olmadan yaşaya bilməz | Baş nazirdən sensasiyalı açıqlama 2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #suriya #başnazir #məhəmmədəlbəşir #suriyamüxalifəti #elektrik #çörək #dəməşk #suriyanınbaşnaziri #bakutvreels