У нас вы можете посмотреть бесплатно Xərçəngə qarşı istifadə edilən qidalar | Daha hansı xeyirləri var? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Xərçəngə qarşı istifadə edilən qidalar | Daha hansı xeyirləri var? Mütəxəssislər gündəlik istifadə olunan və hər mətbəxdə tapıla biləcək, güclü müalicəvi xüsusiyyətlərə malik məhsul və ədviyyatların siyahısını açıqlayıblar. Bu məhsullar təkcə dadına görə deyil, həm də sağlamlığa müsbət təsirləri ilə seçilir. Bəziləri “pis” xolesterini azaldır, immuniteti gücləndirir və xərçəngin qarşısının alınmasında köməkçi ola bilir. Sarımsaq bu siyahıda haqlı olaraq lider mövqedədir. Onun tərkibində antibakterial, göbələk və parazit əleyhinə maddələr var. Ən əsası isə sarımsaq doğrandıqda və ya əzildikdə yaranan allisin maddəsi xərçəngin, o cümlədən ağciyər, mədə və yoğun bağırsaq xərçənginin inkişafının qarşısını almağa kömək edir. Darçın sadəcə şirniyyata əlavə edilən ədviyyat deyil, həm də təbii antioksidantdır. O, qanda şəkərin səviyyəsini stabilləşdirir, iltihabları azaldır və əzələ, oynaq ağrılarını yüngülləşdirir. Cəfəri isə orqanizmdən toksinləri çıxarır, C, A və K vitaminləri ilə zəngindir. Sümüklərin və diş ətlərinin sağlamlığı üçün faydalıdır. Dünyanın ən bahalı ədviyyatlarından biri olsa da, zəfəranın müalicəvi xüsusiyyətləri misilsizdir. Onun tərkibindəki krosin maddəsi xüsusilə qaraciyər xərçəngində xərçəng hüceyrələrinin inkişafını ləngidə bilir. Zəncəfil uzun illərdir ki, ürəkbulanma və həzm problemlərinə qarşı təbii vasitə kimi istifadə olunur. Araşdırmalar göstərib ki, onun aktiv maddələri xərçəng hüceyrələrinin artımını yavaşlada və immuniteti gücləndirə bilər. Bu sadə və əlçatan məhsullar düzgün və balanslı şəkildə rasiona daxil edildikdə, ciddi xəstəliklərin qarşısının alınmasında güclü köməkçi ola bilər. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber / baku.tv / bakutvofficial https://www.baku.tv Xərçəngə qarşı istifadə edilən qidalar | Daha hansı xeyirləri var? 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #xəstəlik #araşdırma