У нас вы можете посмотреть бесплатно Hər gün İSTİ SUDA 20 dəq Oturun - BABASİL, ANAL ÇAT və... или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#BirBax #Azerbaycan #su #sağlamlıq #türkəçarə #saglamliq Suda oturmaqla bir çox xəstəlikləri müalicə etmək olur. Bəli, çox sadə görünən bu proses -ağrını və iltihabı azaldır; -qan dövranını sürətləndirir və gigiyenik baxımdan bədənimizi təmizləyir. Bəs hansı xəstəliklər zamanı suda oturmalıyıq? Bu zaman suya əlavə olaraq nələr qatılır və kimlərə qətiyyən olmaz? Videomuza sona kimi baxsanız, bu və daha çox sualın cavabını videomuzda tapacaqsınız. Diqqətiniz məndə olsun. Suda oturmala müalicə olunan xəstəliklər: 1. Anal çat. Xəstəliyin yaranma səbəbləri sırasında qəbizlik, gücənmək, böyük və ya sərt nəcis, xroniki ishal kimi amillər var. Anal çatlar nahiyədə yaralanmalara, ağrıya, qanaxmaya, əzələlərdə spazmlara gətirib çıxarır. Suda oturanda nahiyədəki əzələlər rahatlayır. Eyni zamanda, nahiyədəki ağrılar azalır. Bu da, öz növbəsində, anal çatın daha sürətlə sağalmasına vəsilə olur. 2. Babasil. Anal kanalın sonundakı genişlənmiş damarlar nəzərdə tutulur. Genişləmiş damarlar yaralara, qaşınmalara, ağrılara və qanaxmaya səbəb ola bilir. Evdə müalicə üsulları ilə 1 həftəyə bu xəstəlikdən yaxa qurtarmaq mümkündür. Suda oturarkən şiddətli ağrılar azalır, yaralar sağalır. 3. Bartolin kistası. Vaginanın hər iki tərəfindəki kiçik yağ vəzilərinin tıxanması və şişməsidir. Təəssüf ki, iltihablanma baş verə bilir və irinləyir. Bartolin kistası vaginada xəfif ağrılara, həssaslığa, narahatlığa səbəb olur. Suda oturmaqla kistadakı irinin xaricə axmasını, kistanın həcminin kiçilməsini təmin etmək mümkündür. 4. Vulvovaginit. Vulvanın və vaginanın iltihablanması, yaralanmasıdır. Sabuna qarşı allergik reaksiya, cinsi yolla ötürülən xəstəliklər, uzun müddət nəm alt paltarı geyinilməsi kimi hallarda vulvovaginit meydana gəlir. Suda oturmaqla vulvovaginitin səbəb olduğu qaşınma, yanma, şişkinlik kimi problemlərin öhdəsindən gələ bilərsiniz. 5. Vulvodiniya. Xarici genital bölgədəki ağrılara verilən addır və bu ağrılar səbəbsizdir. Lakin həyat keyfiyyətini aşağı salır, yanma, intensiv ağrı, qaşınma kimi narahatlıqlar yaradır. Suda oturmaq vulvodiniyanın simptomlarını azaldır. 6. Doğuşdan sonrakı sağalma. Suda oturmaq doğuşdan sonrakı etapda qadınların sağalmasına dəstək olan bir prosedurdur. Doğuşdan sonra vaginadakı ağrıların azalmasına kömək edir. Lakin burda bir məqam var: yeni ana olan qadınlar suda oturmağı tətbiq etməzdən əvvəl, həkimlə məsləhətləşsələr, yaxşı olar. Müalicə məqsədilə oturmaq üçün suyun hazırlanması: Hamam vannasından, yaxud iri ləyəndən istifadə edə bilərsiniz. Apteklərdə prosedur üçün xüsusi qablar da var. Suda oturmağı fərqli metodlarla tətbiq edə bilərsiniz. 1. Adi suda oturmaq. Ləyəni yaxşıca təmizləyin. 24-370C temperaturda olan su ilə doldurun. Rahatca oturun. Mümkün olsa, dizlərinizi bükün və ayaqlarınızı ləyəndən kənara çıxarın. 15-20 dəqiqə bu şəkildə oturun. Proseduru gün ərzində 2-6 dəfə təkrarlayın. Suyun həddən artıq isti və ya həddən artıq soyuq olması problemlərinizi çoxalda bilər. Xəbərdarlıq: İndi sıralayacağımız üsulları həkim məsləhəti olmadan tətbiq etməyin! 2. Sodalı suda oturmaq. Ləyəni təmizləyin, 24-370C temperaturda olan su ilə doldurun. Suya 4-5 xörək qaşığı qida sodası əlavə edin. Yaxşıca qarışdırın ki, soda suda həll olsun. 20 dəqiqə bu suda oturun. Qida sodası antibakterial təsirə malikdir. Yəni, infeksiyaları azaldır. 3. Alma sirkəli suda oturmaq. Ləyəni təmizləyin, 24-370C temperaturda olan su ilə doldurun. ½ stəkan təbii alma sirkəsini və bir çimdik duzu suya qatın. 15- 20 dəqiqə bu suda oturun. Alma sirkəsi zərərli bakteriyaları məhv edir. 4. Lavanda yağlı suda oturmaq. Ləyəni təmizləyin, 24-370C temperaturda olan su ilə doldurun. Suya 4-5 damla lavanda yağı qatın. 15- 20 dəqiqə bu suda oturun. Lavanda yağı antibakterial olmaqla yanaşı, ağrıkəsici kimi də çıxış edir. Suda oturma proseduru bitəndən sonra təmiz dəsmal ilə qurulanın. Ağrının və yaralanmaların qarşısını almaq üçün, çalışın ki, problemli nahiyəni qaşımayasınız, ovxalamayasınız. Əks təsirləri və ehtiyat tədbirləri: · Suda oturma prosedurundan sonra nahiyədə bişməcə əmələ gələ bilər. Bunun qarşısını almaq üçün, sudan çıxan kimi, anal bölgəni yumşaq dəsmalla və ya saçqurudanla qurudun. Normal tualet kağızından istifadəni bir müddət dayandırsanız, yaxşıdır. Çünki kağız parçadan daha sərtdir. · Bəzi insanlar 10 dəqiqə oturduqdan sonra başgicəllənməsi ilə üz-üzə qalırlar. Ona görə də, yaxşı olar ki, ilk prosedurda yanınızda biri olsun. Suda oturmaq təhlükəsiz müalicə üsuludur. Lakin bəzən əks təsirlər də təzahür edir. Suda oturduqdan sonra ağrı, yaralanma, qaşınma kimi hallar kəskinləşirsə, proseduru təkrarlamayın və həkiminizə müraciət edin.