У нас вы можете посмотреть бесплатно Şəkərli diabet nədir? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Şəkərli diabet xroniki bir xəstəlikdir. Müasir dövrün ən geniş yayılmış qeyri-infeksion xəstəliyi, əsrimizin epidemiyası sayılmaqdadır.Şəkərli diabet mədəaltı vəzidə insulin hormonunun qismən və ya tam çatışmazlığına bağlı və yaxud insulinərezistentliklə əlaqədar təsirində olan defektlərə bağlı qan şəkərinin yüksəlməsi nəticəsində bütün karbonhidrat, yağ, zülal mübadiləsinin pozulması ilə gedən xroniki, polietioloji, yəni çoxsəbəbli metabolik xəstəliklər qrupudur. Şəkərli diabetin çeşidli tipləri vardır. Bu hazırki dövrdə dünya statistikasına görə ən geniş yayılmış xəstəlik olub, hazırkı beynəlxalq diabet federasiyasının verdiyi açıqlamaya görə dünya əhalisinin 11 nəfərindən biri diabet xəstəsidir. Təqribən dünyada 422 milyon diabet xəstəsi olduğu bilinməkdədir. Bizim ölkəmizdə 200 mindən çox diabet xəstəsi rəsmi qeydiyyatdadır, amma dünyada diabet xəstəsi qədər diabet riski daşıyan insan olması da unudulmamalıdır.Rəsmi statistika bu xəstəliyin gələcəkdə daha da sayının artacağını proqnozlaşdırmaqdadır.