У нас вы можете посмотреть бесплатно “Əli Kərimli, sən, mən Qarabağı ala, Laçında post qura bilərdik?” - APA TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#APATV #deputat #milliməclis #millətvəkili #iclas #fazilmustafa #tahirkərimli #ƏliKərimli #siyasi #Qarabağ #sessiya #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 “Əli Kərimli, sən, mən Qarabağı ala, Laçında post qura bilərdik?” - APA TV Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası keçirilib. İclas Azərbaycan xalqının böyük siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub. “Biz Heydər Əliyevin içində yaratdığı real Azərbaycanı görə bilmədik. Bizim içimizdəki Azərbaycan dünyadan təcrid olunmuş bir məkan idi. Moskva ilə münasibətləri ağıllı şəkildə çözmədən Azərbaycanın varlığı hər zaman təhlükə altında qala bilərdi. Biz duyğularımızın diqtəsi ilə Moskvadan qopmaq istəyirdik və bunun faciəli nəticəsini proqnozlaşdırmaq ağlımıza da gəlmirdi. Heydər Əliyev isə tədricən Moskva ilə təhlükəsizlik üzülüşmə yolunu düşünürdü. Zaman göstərdi ki, bu düşüncə Azərbaycanın müstəqilliyini daha çox maddiləşdirə bildi. Zaman böyük siyasət xadiminə qarşı iddialarımızın əsassız olduğunu da göstərdi. Heydər Əliyev dişi, dırnağı ilə Azərbaycanı sahilə sağ çıxardı. Ardınca Prezident İlham Əliyev Qəbələdən Rusiya qoşunlarını çıxardı, Qarabağ düyününü dəmir yumruqla çözdü”. “Xalq Cəbhəsinin rəhbərliyində başlayan intriqalar onu xalqın dəstəyindən məhrum etdi. Mürəkkəb tarixi şəraitdə hakimiyyətə gələn Əbülfəz Elçibəy qısa müddətdə anladı ki, təcrübəli, güclü dövlət xadiminə ehtiyac var və bu, Heydər Əliyevdir. Gəncədə başlayan qiyamın yatırılmasına ilk cəhd uğursuzluğa düçar olanda hakimiyyət təlaşa düşdü və Heydər Əliyevə üz tutdu. Heydər Əliyev Ermənistanın hücumunu dayandırmağa, Azərbaycanda sabitliyə nail oldu. Heydər Əliyev etnik separatizmin qarşısını aldı, ayrı-ayrı silahlı qruplara son qoydu. Heydər Əliyevə qarşı terror cəhdləri oldu, Allah onu qorudu və ölkəmizin inkişafına nail oldu. “Əsrin müqaviləsi”ni transmilli şirkətlərlə imzalamağa nail oldu. Yüksək insani keyfiyyətə malik Heydər Əliyev xalqımızın tarixini çox gözəl bilirdi. Xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq”. “Bu gün isə deputatların vahid dövlətçilik mövqeyindən çıxış etməsi böyük uğurumuzdur. Heydər Əliyev Moskvadan Bakıya qayıdarkən Moskvadakından da təhlükəli təhdidlərlə üzləşdi, ona görə Naxçıvana getməli oldu. Xəyanətkar kommunistlər və cəbhəçilər vaxtilə bu zalda Heydər Əliyevin əleyhinə birləşmişdi. Halbuki həmin vaxt Azərbaycan üçün bir xilas anı olardı. O dövrdə bir çox postsovet ölkəsində təcrübəli siyasətçilər hakimiyyətə gəldi. Azərbaycanda isə Heydər Əliyev kimi dahi şəxsiyyətin hakimiyyətə gəlişinin qarşısı alındı və Azərbaycan sonralar daha böyük faciələrlə üzləşdi. Bir çox insanın da vurğuladığı kimi, əgər o dövrdə Heydər Əliyev hakimiyyətə gəlsəydi, nə Qarabağ işğal olunacaq, nə də bir çox faciələrlə üzləşəcəkdik. Heydər Əliyevin qayıdışı ilə Azərbaycanda əsl milli hakimiyyət quruldu”. “Məsələn, Atatürkün 100 generalı vardı, Heydər Əliyev hakimiyyətə gələndə kimlər vardı? Vəzifə, çörək verdiyi insanlar Heydər Əliyev bu zalda danışanda reqlament deyib, ayaqlarını yerə döyürdülər. 6 dəfə Heydər Əliyevə və Prezident İlham Əliyevə qarşı dövlət çevrilişinə cəhd ediblər. İndi keçmiş hərəkat üzvləri də etiraf edirlər ki, zamanında düzgün etməyərək onu hakimiyyətə gətirməyiblər”. “Necə oldu ki, bir qarışqanı incitməyən mən də Heydər Əliyevə müxalif oldum? Onun ürəyinin tutmağında mənim günahım yoxdur? Mən demək istəyirəm ki, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, burada otursaydınız, yenə müxalifət olacaqdınız? 1988-ci ildə Xalq Hərəkatına Qarabağ şüarı ilə gəldik. Əli Kərimli, sən, mən Qarabağı ala, Laçında post qura bilərdik? Həqiqətləri etiraf edək. Əli Kərimli, Əbülfəz Elçibəyin evini dövlət təmir etdi, niyə təşəkkür etmədiniz? Vicdan əzabı çəkirəm ki, bu dövlətin qurucusuna qarşı aqressiv olmuşuq”. “Əsas qərarlar məhz Dövlət Təhlükəsizlik Komitəsinin divarları arxasında qəbul olunurdu. Bu, Azərbaycan tarixi üçün həlledici bir məqam oldu”. Heydər Əliyevin sovetlər dönəmində və müstəqillik illərində Azərbaycan xalqına xidmətlərindən danışan Fəzail İbrahimli onun dünyadan bir nisgillə köçdüyünü söyləyib: “Ancaq bu gün Heydər Əliyevin ruhu şaddır, övladı, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi”. Sonda Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı Bəyanat qəbul edilib. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv