 
                                У нас вы можете посмотреть бесплатно Diplomsuz həkimlər ifşa olundu – Baku TV-nin “Qaynar Xətt” araşdırması или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
                        Если кнопки скачивания не
                            загрузились
                            НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
                        
                        Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
                        страницы. 
                        Спасибо за использование сервиса ClipSaver.ru
                    
Diplomsuz həkimlər ifşa olundu – Baku TV-nin “Qaynar Xətt” araşdırması Baku TV-nin “Qaynar Xətt”inə daxil olan şikayətlərdə diplomsuz diş həkimlərinin fəaliyyət göstərdiyi iddia olunur. Məlumata görə, Bakıdakı “L.A Dent” stomatoloji klinikasında Turab Məmmədli adlı həkim çalışır, lakin onun tibb təhsili olmadığı bildirilir. Baku TV əməkdaşları klinikaya gedərək məsələni yerində araşdırıb. Turab Məmmədlinin pasiyent qəbul etdiyi açıq şəkildə qeydə alınıb. Klinikanın baş həkimi Kəmalə Əsgərova isə bildirib ki, həmin şəxs “təcrübəçi” kimi fəaliyyət göstərir və pasiyent qəbul etməsi barədə xəbərləri olmayıb. Onun sözlərinə görə, bu barədə müvafiq tədbirlər görüləcək. Başqa bir şikayətdə isə Qaragözova Tibb Mərkəzində Hafiz İsazadə adlı diş həkiminin də diplomsuz olduğu iddia olunur. Hafiz İsazadə Baku TV-yə açıqlamasında diplomunun olduğunu desə də, klinika rəhbərliyi diplomu yalnız rəsmi sorğu əsasında təqdim edə biləcəklərini bildirib. Baku TV araşdırması diş sağlamlığının peşəkar olmayan şəxslərə etibar edilməsinin ciddi fəsadlar doğura biləcəyini bir daha ortaya qoyur. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv Diplomsuz həkimlər ifşa olundu – Baku TV-nin “Qaynar Xətt” araşdırması 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #saxtahəkim #müalicə #stomatoloq #ifşa