У нас вы можете посмотреть бесплатно XOCALIDA XANIN SALDIĞI KƏND - XANABAD или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Bu videoda Xanabad kəndinə getməklə bağlı mənə maraqlı gələn tarixi məlumatları bölüşürəm. Kəndin qədim tarixi ilə bağlı maraqlı detalları öyrənmək üçün videonu izlə! Xanabad — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsindədir. Xanabad kəndi Xocalı rayonunda, rayon mərkəzindən 11 km şimalda, dağətəyi ərazidə yerləşir. Əhalisi 1100 nəfər idi. Kənd təsərrüfatı əhalinin əsas məşğuliyyəti sayılırdı. Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi vardı. Böyük Vətən müharibəsində həlak olanların şərəfinə kənddə abidə ucaldılmışdı. Xanabad kəndi Həsən xanın kəndi olub. Ermənilər onları ailəliklə öldürüb mülklərinə sahib olublar. Bu yaşayış məntəqəsinin ərazisi vaxtilə Qarabağ xanlarına məxsus olduğuna görə belə adlandırılmışdır. Toponim “xan” və “abad” sözlərindən ibarətdir. Xanabad toponimi “xanın saldığı kənd”, “xanın abadlaşdırdığı yaşayış məntəqəsi” mənasındadır. Yevlax rayonunda da Xanabad adlı kənd vardır. XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarını bölüşdürən – bədnam 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən və 1828-1832-ci illərdə rus-türk müharibələrindən sonra ruslar tərəfindən Azərbaycana, onun dilbər guşələrindən biri olan Qarabağa köçürülən on minlərlə erməni ailəsinin böyük bir qismi Xocalıda yerləşdirilmişdir. Onlar Xocalı bəylərinin bərəkətli torpaqlarında – o cümlədən Xanabad kəndində məskunlaşdırılmışdır. Xanabad kəndi qədim yaşayış məskənlərindən biri kimi tanınır. 1990-cı ildə kənddə kooperativ zavodun tikintisi zamanı inşaatçılar tərəfindən qədim qəbir aşkar edilib. Həmin qəbirə baxış keçirilərkən insan cəsədindən əlavə, qədim döyüş və məişət əşyaları aşkarlanıb. Müvafiq təhlillərdən sonra bu əşyaların eramızdan əvvəl XII—XI əsrlərə aid olduğu müəyyən edilib. 1980-ci illərdə kənd ərazisində süni sututar qurulub. 2010-cü ildə qondarma rejim tərəfindən kənd ərazinsində futbol meydançasının açılışı həyata keçirilib. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub, ermənilər tərəfindən Xnapat adlandırılmışdı. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanabad kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. #xocalitv #xanabad #xocalı