У нас вы можете посмотреть бесплатно Alimlər bu suala düz 70 ildən sonra cavab tapdı или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Alimlər bu suala düz 70 ildən sonra cavab tapdı 1950-ci ildən bəri alimlər sadə görünsə də, cavabı çətin olan bir sual üzərində çalışırdılar: Antarktida buzla örtülü olmasaydı, necə görünərdi? Nəhayət, 70 il davam edən araşdırmadan sonra bu suala ən dəqiq və eyni zamanda ən narahatedici cavab tapılıb. Bu, 82 milyondan çox məlumat nöqtəsi əsasında hazırlanmış yeni "Bedmap3" xəritəsidir. Antarktida əsrlər boyu həm məcazi, həm də sözün əsl mənasında xəritədə "ağ ləkə" olaraq qalırdı. İlk dəfə 2001-ci ildə "Bedmap1", 2013-cü ildə "Bedmap2" xəritələri tərtib olundu və hər biri buz təbəqəsinin altındakı relyefi bir qədər də üzə çıxardı. Amma "Bedmap3" 500 metrlik təsvir dəqiqliyi, peyklərdən, radar və seysmik ölçmələrdən əldə edilmiş məlumatlarla Antarktidada buz qatının altındakı inanılmaz mənzərəni canlandırdı. Bu qeyri-adi qalınlıqdakı buz Uilks torpağında, hələ adı olmayan bir kanyonda aşkar edilib. Buradakı buz xüsusilə həssas hesab olunur, çünki əsas süxurlar dəniz səviyyəsindən aşağıda yerləşir və isti okean suları ilə qarşılaşaraq ərimə prosesini sürətləndirə bilər. Alimlərin sözlərinə görə, əgər Antarktida buzlaqları ərisə, dünyanın sahil şəhərləri su altında qala bilər. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber / baku.tv / bakutvofficial https://www.baku.tv Alimlər bu suala düz 70 ildən sonra cavab tapdı 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #alimlər #cənnətadası