У нас вы можете посмотреть бесплатно Nə market qalıb, nə işçi, amma cərimə gəlir | “Özlərini təmizə çıxarmaq üçün...” - Baku TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Nə market qalıb, nə işçi, amma cərimə gəlir | “Özlərini təmizə çıxarmaq üçün...” - Baku TV 2015-ci ildə fəaliyyətini dayandıran obyektə 11 ildən sonra 1000 manat cərimə tətbiq olunub. Bu obyekt Sumqayıt şəhəri, Koroğlu prospekti, 746 ünvanında yerləşən aptekdir. Lakin 2015-ci ilə qədər burada market fəaliyyət göstərirdi. Cərimə marketin 11 il əvvəlki sahibinə işçilərə aşağı maaş verilməsi səbəbindən yazılıb. Halbuki hazırda burada nə market fəaliyyət göstərir, nə də işçilər çalışırlar. Fevralın 12-də 2026-cı ildə tətbiq olunan 1000 manatlıq cərimə ilə bağlı şikayətçi Asif Qurbanov bildirir: “Sumqayıt Regional Mərkəzinə müraciət etdim. Məlum oldu ki, cəriməni Baş İdarədən yazıblar. Onlar mənə bildirdilər ki, İnzibati Xətalar Məcəlləsini pozmuşam, işçilərə az maaş vermişəm. Dedim ki, siz bunu necə yazırsınız? Yoxlamadan, yerində baxış keçirmədən cərimə yazmaq qanunsuzdur. Bu insanlar qeyri-qanuni olaraq cərimə yazıblar. 11 ildir obyektimiz bağlanıb və işçilər də mənim qardaşlarım olub. Bağladıqdan sonra Vergi Xidmətinə müvafiq hesabatları vermişəm. Sadəcə olaraq, onlar 11 il əvvəl mənim işçilərimə verdiyim 250 manat maaşı nəzərə alıblar. Hazırda isə minimum əməkhaqqı 450 manatdır”. Dövlət Əmək Müfəttişliyi Xidməti isə məsələyə belə münasibət bildirib: “Əmək və məşğulluq” altsisteminə baxış zamanı işçilərlə aktiv əmək müqavilələrinin mövcudluğu müəyyən olundu. Eyni zamanda işçilərə minimum əməkhaqqından aşağı maaş ödənilməsi faktı aşkarlandığı üçün Asif Qurbanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun cərimə tətbiq edilib. Sahibkar bu qərara görə şikayət edib. Şikayətə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun baxılacaq və müvafiq qərar qəbul ediləcək”. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv Nə market qalıb, nə işçi, amma cərimə gəlir | “Özlərini təmizə çıxarmaq üçün...” - Baku TV 2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #bakutvxəbər #market #cərimə #narazılıq #sahibkar baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan