У нас вы можете посмотреть бесплатно Enurez nədir?( Uşaqlarda sidik qaçirma) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Gecə enurezi (altını islatma) beş yaşdan böyük fərdlərdə ən az 3 ay davam edən həftədə minimum iki dəfə yatağını islatma halıdır. Uşaqlıqdan başlayaraq heç fasilə olmadan davam edən birincili tip və ya hansısa bir zorlayıcı həyat hadisəsindən sonra ortaya çıxa bilən ikincili tip şəklində özünü göstərir. Yeddi yaşındakı uşaq populyasiyasında 10% sıxlıqla görülməkdədir. İlkin mərhələdə enurezə səbəb ola biləcək üzvi səbəblər araşdırılmalıdır. Üzvi səbəblərə şəkərli və şəkərsiz diabet, neyrogenik sidik kisəsi, yuxu pozuntuları və yuxu apnoesi epilepsiya, genital sistemin anomaliyaları, sidik-cinsiyyət sistemi infeksiyaları və bəzi dərmanların yan təsirləri misal göstərilə bilər. Yuxu apnoesi önəmli səbəblərdəndir, aparılan araşdırmalar nəfəs yolları obstruksiyaların cərrahi yolla aradan qaldırılmasının bu pasientlərin əksəriyyətində gecə enurezi simptomlarını aradan qaldırıldığını göstərir. Funksional enurez səbəbləri kimi çətin həyat şərtləri, ailə içi münasibət problemləri, boşanma, ailədə yeni uşaqların doğulması kimi faktorları misal çəkmək olar. Genetik meyillilik də bu işdə rol oynaya bilər, belə ki, bir valideynin keçmişində enurez hekayəsi varsa uşaqda enurez olma riski 40% hər iki valideyndən eyni hekayə varsa bu risk 70-80% olur. Gecə enurezi diqqət əskikliyi hiperaktivlik pozğunluğu, depressiya və həyəcan pozuntusu ilə birlikdə sıx görülən problemdir. Spontan düzəlmə halları çoxdur, heç bir müalicə almayan enurezisli uşaqlarda hər il düzəlmə faizi 13%-dir. Müalicəsində dərman müalicəsi və/və ya yuxu alarmı+ davranışçı yanaşmalar istifadə olunur. Yuxu alarmı və davranışçı yanaşmalar adətən dərman müalicəsinə görə daha qalıcı nəticələr verməkdədir.