У нас вы можете посмотреть бесплатно Tariq surəsinin düzgün oxunuşu | Quran əzbərləyirik #30 | Bəxtiyar Turabov или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Qur'anın 86-cı surəsi olan "Ət-Tariq", "Gecə yolçusu" surəsi. 17 ayədir. Məkkədə nazil olmuşdur. Mərhəmətli və Rəhmli Allahın adı ilə ! 1. And olsun səmaya və gecə yolçusuna! 2. Sən nə bilirsən ki, gecə yolçusu nədir? 3. Bu, qaranlıqları dəlib keçən ulduzdur. 4. Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın! 5. Qoy insan nədən yaradıldığına bir baxsın! 6. O, süzülüb tökülən bir mayedən yaradılmışdır. 7. Bu maye bel və köks sümükləri arasından çıxır. 8. Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir. 9. Sirlərin sınaqdan keçiriləcəyi gün, 10. onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar. 11. And olsun yağmurla qayıdan göyə! 12. And olsun növbənöv bitkilərlə yarılan yerə! 13. Həqiqətən, bu, haqqı batildən ayırd edən bir kəlamdır. 14. O, əyləncə də deyildir. 15. Həqiqətən, kafirlər hiylə qururlar. 16. Mən də hiylə qururam. 17. Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver. بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ وَالسَّمَاءِ وَالطَّارِقِ (1) وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ (2) النَّجْمُ الثَّاقِبُ (3) إِنْ كُلُّ نَفْسٍ لَمَّا عَلَيْهَا حَافِظٌ (4) فَلْيَنْظُرِ الْإِنْسَانُ مِمَّ خُلِقَ (5) خُلِقَ مِنْ مَاءٍ دَافِقٍ (6) يَخْرُجُ مِنْ بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ (7) إِنَّهُ عَلَى رَجْعِهِ لَقَادِرٌ (8) يَوْمَ تُبْلَى السَّرَائِرُ (9) فَمَا لَهُ مِنْ قُوَّةٍ وَلَا نَاصِرٍ (10) وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِ (11) وَالْأَرْضِ ذَاتِ الصَّدْعِ (12) إِنَّهُ لَقَوْلٌ فَصْلٌ (13) وَمَا هُوَ بِالْهَزْلِ (14) إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا (15) وَأَكِيدُ كَيْدًا (16) فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًا (17) 🔴 Qeyd edək ki, transkripsiyadakı cüt saitlər, uzatma kimi oxunacaq (Məsələn : "nəəsir" kəlməsindəki cüt "ə" kimi) 🔴 🔘 Vəs-səməə'i vət-taariq. Və məə ədraakə mət-taariq. Ən- nəcmus-səəqib. İn kullu nəfsil ləmməə aləyhəə həəfiz. Fəlyənzuril-insəənu mimmə xuliq. Xuliqa mim-məə'in dəəfiq. Yəxrucu mim- bəynis-sulbi vət-təraa'ib. İnnəhuu ələə rac'ihii ləqaadir. Yəvmə tubləs-səraa'ir. Fəməə ləhuu min quvvətin və ləə nəəsir. Vəs-səməə'i zəətir-rac'°. Vəl-ərdi zəətis-sad'°. İnnəhuu ləqavlun fasl. Və məə huvə bil-həzl. İnnəhum yəkiiduunə kəydəə. Və əkiidu kəydəə. Fəməhhilil-kəəfiriinə əmhilhum ruvəydəə. "vət-taariq" və "mət-taariq" kəlmələrindəki "t" hərfləri, qalın "ta" hərfidir. "nəcmus-səəqib" kəlməsindəki "s" hərfləri, pəltək "sə" hərfidir. "aləyhəə" kəlməsindəki "a" hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "həəfiz" kəlməsindəki "h" hərfi, boğaz hərfidir. "fəlyənzuril" kəlməsindəki "z" hərfi, qalın "za" hərfidir. "bəynis-sulbi" kəlməsindəki "s" hərfləri, qalın "sad" hərfidir. "nəəsir" kəlməsindəki "s" hərfi, qalın "sad" hərfidir. "ələə" kəlməsindəki ilk "ə" hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "rac'ihii" kəlməsindəki vurğulu " 'i " hərfi, boğaz hərfi olan "ayn" hərfidir. " zəətir-rac'° " kəlməsindəki "z" hərfi, pəltək "zəl" hərfi, sondakı bu işarə isə " '° " boğaz hərfi olan "ayn" hərfinin sukunlanmasıdır (üzərində dayanılmasıdır). " zəətis-sad'° " kəlməsindəki "z" hərfi, pəltək "zəl" hərfi, "s" hərfləri, qalın "sad" hərfi, sondakı bu işarə isə " '° " boğaz hərfi olan "ayn" hərfinin sukunlanmasıdır (üzərində dayanılmasıdır). "fasl" kəlməsindəki "s" hərfi, qalın "sad" hərfidir. QURAN ƏZBƏRLƏYİRİK: • QURAN ƏZBƏRLƏYİRİK http://quran-tv.com/ #BəxtiyarTurabov #QuranƏzbərləyirik