У нас вы можете посмотреть бесплатно ŞƏHİD BAŞ LEYTENANT KAMRAN QULUZADƏNİN İLDÖNÜMÜ (AĞSU RAYONU Gəgəli kəndi) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Xalqımızın haqlı mübarizəsinin başlayıb zəfərlə bitdiyi tarixdən təminən bir il ötməsinə baxmayaraq hər bir Azərbaycanlı həmin günlərdə keçirdiyi hisləri eyniylə bu günlərdə də keçirir.Yəqin ki, biz bir xalq olaraq var olduğumuz müddətcə bu hislər bitməyəcək, eyniylə təkrarlanacaq. Tarixən başımıza çox bəlalar gəlməsinə baxmayaraq tarixin qanlı vuruşlarından üzüağ, alnıaçıq çıxmış bir millət olaraq 44 günlük mübarizəmizdə də ənənəmizə sadiq saldıq. “Şəhid qanı axan torpaq yad ayaqda olmaq tapdaq”. 27 sentyabr ilə 8 noyabr arasında keçən zaman kəsiyində bütün dünyaya Cənab Ali Baş Komandanın dəmir yumruğunun ətrafında birləşməklə möhtəşəm bir birlik nümayiş etdirdik. Zəfər çaldıq.Əslində bu zəfər günümüzə qədər ermənilərin əzəli və əbədi torpaqlarımıza olan iddiası hələ uzun illər öncələrə gedib çıxırdı. Öz havadarlarına arxalanan mənfur qonşumuz Böyük Ermənistan xülyası ilə davamlı olaraq xalqımızın tarixində faicələrə, qırğınlara səbəb olmuşdurlar. “Ağdaban faciəsi” “Xocalı faciəsi” “Sumqayıt hadisələri” “Kəlbəcərdə törədilən faciələr” saymaqla bitməyən mənfur və xain əməllər. Lakin artıq buna dur deməyin zamanı yetişmişdi. 27 sentybar 2020-ci il tarixində xalqımız fərd-fərd, ev-ev, oba-oba, kənd-kənd birləşdi. Zəfər çaldı. Qəhrəman əsgərimizin canı, qanı bahasına. Bu günləri yaşamağımızda ölkəmizin bütün şəhər və rayonlarından minlərlə,milyonlarla qəhrəman insanımızın əməyi oldu. Əsas da ön cəbhənin qəhrəmanlarının əməyi. Həmin qəhrəmanlardan olan şəhid baş leytenant Kamran Quluzadədən bəhs edəyəyik sizlərə. Səndən təsəlli bir cüt ulduzlu, aylı paqonlar! Hə, indi elə cənab leytenat Quluzadə Kamranın ailəsinin də tək təsəllisi elə budur:oğullarından qalan xatirələri, döyüş yolu haqqında hekayələri, qucaqlaya bilmədikləri şəkilləri. Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Quluzadə Kamran 1998-ci sildə Ağsu Rayon Gəgəli kəndində dünyaya göz açıb. İndi ucaldığı zirvəyə Kamranı uşaqlığından həyat özü çəkib, onun öz arzusu ilə. Elə ona görə də H.Əliyev adına Ali Hərbi Məktəbə yollanıb. Yolun onu apardığı yerə qədər getməyə qərarlı olan cənab leytenant məktəbini bitirib Naxçıvan şəhərinə XTQ-in zabiti kimi yollanıb. 2-ci Qarabağ müharibəsi başlayan kimi döyüşə könüllü yazılmaqla ucalacağı mübarək yolu öncədən müəyyən edən cənab leytenant döyüşlərdə xüsusi igidliklər göstərib. Ailəsi ilə əlaqə saxıladığı hər zəng zamanı “anasına dua et şəhid olum”- deyirmiş. Bəlkə ananın dili gəlməzdi bu duaya amma bilirdi ki, Kamran özü bunun üçün hər gün dua edir. “Bitib, tükənməyib bu qan davamız” -deyən leytenant Füzuli, Hadrut uğrunda gedən şiddətli döyüşlərdə iştirak edir. Şuşa uğrunda gedən döyüşlərdə hər iki ayağından yaralansa da 15 saat həmin vəziyyətdə döyüşə davam edir. 21 oktyabr tarixini Kamranın həyatında arzusuna çatdığı anasının isə arzularının yarım qaldığı gün kimi də qiymətləndirmək olar. Həmin tarixdə Kamran Vətən uğrunda şəhid olur, cəmi 22 yaşında. Xoş müjdəli bir savaşın qəhrəman letinantı olan Kamran ən ülvi məhəbbətlə sevdiyi vətəni üçün bu dünyaya əbədi gözlərini yumsa da qəlbimizdə daim yaşayacaq. Kamran “Hərbi xidmətlərə görə” , “Vətən uğrunda” , “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Səni daim minnətdarlıqla xatırlayacağıq,cənab leytenant. Ucaldığın zirvədə rahat uyu, xoş müjdəli bir savaşın qəhrəman leytenantı. Ruhun qarşısında baş əyirik və hər şey üçün minnətdarıq!Allah rəhmət etsin.