У нас вы можете посмотреть бесплатно Sən hardan biləsən.... BƏXTİYAR VAHABZADƏ или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
𝗕ə𝘅𝘁𝗶𝘆𝗮𝗿 𝗩𝗮𝗵𝗮𝗯𝘇𝗮𝗱ə Sən hardan biləsən nə çəkirəm mən. 𝗣𝗮𝘆ı𝘇𝗮𝗺... Ey ömrün ilk baharlısı, Sən hardan biləsən, nədən biləsən Yoxdur bu dünyada səndən varlısı… ...Duman tək dağlara çəkilən mənəm, Budaqlar üstündə quş tək dinən sən. Payızda yarpağı tökülən mənəm, Ömrün yaz çağında çiçəklənən sən. İllərim xərclənmiş, ömür gödəlmiş, Sənin yol gedəsi çox illərin var. Mənim ürəyimdə baş-başa gəlmiş Kövrək duyğulardan nə xəbərin var. Deyirsən, ocağın közü mənəm, mən, Sənsə tüstülənən xatirələrsən. Ancaq xatirəmi? Səhvin var sənin, Dağdan xəbərsizdi arandakılar. Bir də... unutma ki, tüstülənənin Təzədən tutuşub alışması var. Sən hardan biləsən, sevda anları Qənimət payıdır tükənən ömrün. Sısqa bir bulağın son damcıları Daha şirin olur təşnələr üçün. Sən hardan biləsən, axşam şöləsi Niyə aynaları alovlandırır. ...Sən hardan biləsən bülbülün səsi Niyə son baharda ürək yandırır. Artır zaman-zaman vaxtın qiyməti, Arzu min həvəsdə, ürək təlaşda. Sən hardan biləsən, gözün ləzzəti Qəlbin ağrısına dönür bu yaşda. Sevgi yaş tanımır... Qəlbini yandır! Yanaraq yaşasan, yaş düşməz yada. Sevən doxsanında hələ cavandır, Sevməyən qocadır otuzunda da. Ürək alışırsa, günahkarmı yaş? Sevəni qınama, sevəcək sevən! Yaş ilə ürəyi deyil, a qardaş, Boş ilə dolunu çəkiyə qoy sən! Bir ömrü illərlə ölçmək düz deyil, Ömürlə illəri ölçəsən gərək. Hissinlə, qəlbinlə dinlə nə deyir, Bu duyan, bu yanan, alışan ürək... Yaşarkən həyatı sevirəm... nə qəm, Ölərkən ölümlə sevişəcəyəm….