У нас вы можете посмотреть бесплатно Həzrəti Hüseynin (r.ə) həyatı, Kərbəla hadisəsi – 4K или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Peyğəmbərimiz (s.ə.v)-in nəvəsi, Həzrət Əlinin ikinci oğlu olan Həzrət Hüseyn hicrətin dördüncü ilində doğulub. Anası, Həzrəti Muhəmməd (s.ə.v)-in soyunu davam etdirən tək qızı olan, Həzrəti Fatimədir. Hüseyin adı ona Peyğəmbərimiz tərəfindən verilib. Hüseyin ərəb dilində gözəl, yaraşıqlı deməkdir. Həzrət Hüseynin ləqəblərindən, bəziləri isə sibt (nəvə), Seyyidi Şühəda, Təbili Əmr İllah (Allahın əmrinə təslim olan), zəki və mübarək idi. Həzrət Hüseyn Həzrəti Muhəmməd (s.ə.v)-ə çox bənzəyirdi. Həzrət Əli bu bənzərliyi belə dilə gətirmişdir: “Həsən Rəsulullaha sinəsindən başına qədər olan qisimdə, Hüseyn də bundan aşağı olan qisimdə çox bənzərdi.” (Əhməd ibn Hənbəl, “Müsnəd”, 1, 108) Həzrət Hüseynin uşaqlığı, Rəsulullahın yanında onun dərin sevgisi və şəfqəti ilə keçdi. Peyğəmbərimiz (s.ə.v)- in vəfatının ardınca təhsilini və tərbiyəsini Həzrət Əlinin yanında tamamladı. Beş oğlan, üç qız olmaqla səkkiz övladı oldu. Həzrət Hüseyn də böyük qardaşı Həzrət Həsən kimi Rəsulullah (s.ə.v)-in mübarək dizlərində oturaraq, onun sevgi dolu könlündən bəhərlənərək böyüdü. Peyğəmbərimiz (s.ə.v) nəvələrinə qarşı sevgi dolu idi və onlarla zarafatlaşırdı. “Bir qrup səhabə Rəsulullah ilə birlikdə əleyhissəlatu vəssəlamın dəvət edildiyi bir qonaqlığa getdilər. Yolda nəvəsi Hüseynə rast gəldilər, uşaqlarla oynayırdı. Rəsulullah (s.ə.v) uşağı görəndə irəliləyib camaatın önünə keçib onu tutmaq üçün əllərini açdı. Uşaq isə sağa-sola qaçmağa başladı. Rəsulullah da onu təqlid edərək sağa-sola qaçdı, uşağı tutana qədər arxasınca qaçdı. Tutanda əllərinin birini çənəsinin altına, digərini də boynuna qoyub öpdü və “Hüseyn məndəndir, mən də Hüseyndənəm. Kim Hüseyni sevirsə, Allah da onu sevsin. Hüseyn sibtlərdən bir sibtdir(nəvə)” buyurdu. (Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16-cı cild, Akçağ Yayınları, Ankara, səh. 519) Peyğəmbərimiz (s.ə.v) bir hədisdə belə buyurmuşdur: “Həsən və Hüseyn cənnət əhlinin gənclərinin iki seyyididirlər.” (Tirmizi, Menasık, 31) Həzrət Hüseyn (r.ə) Allah sevgisi ilə dolu, igid, gözəl əxlaqlı, mərhəmətli və comərd idi. Həzrət Hüseynin (r.ə) qardaşı Muhəmməd ibn Hanifiyyəyə yazdığı vəsiyyətnamədə belə buyurur: “Bütün insanlar bilsinlər ki, mən məqampərəst, mövqepərəst, fitnəçi və zalım deyiləm. Mənim belə hədəflərim yoxdur. Mənim qiyamım islah etmək üçündür. Cəddimin ümmətini islah etmək üçün qiyam edirəm. Mən marufu (yaxşılığı) əmr etmək və münkəri (pisliyi) uzaqlaşdırmaq istəyirəm.” Yenə başqa sözlərlə “Mən azğınlıq, məqam, fitnə çıxarmaq və zülm etmək üçün Mədinədən ayrılmadım. Mən cəddimin ümmətini islah etmək, marufu əmr, münkəri uzaqlaşdırmaq, cəddim Rəsulullahın və atam Əlinin yolu ilə hərəkət etmək üçün qiyam etdim.” (Maktel-i Harezmi, cild 1, səh.188) Həzrət Hüseynin şəhadəti Həzrət Hüseyn 10 il imamlıq etdi. Təxminən altı ay istisna olmaqla bu müddət çətin şərtlər və ən ağır təzyiqlər altında keçdi. Həzrət Hüseyn 681-ci ildə Məhərrəm ayının 10-cu günü qohumlarından 72 mübarək şəxslə birlikdə Kərbəlada şəhid edildi. Həzrət Əlinin şəhadətinin ardınca xilafət Müaviyənin əlinə keçmişdi. Müaviyə oğlu Yezidin özündən sonrakı xəlifə olaraq qəbul edilməsini hələ həyatda ikən zəmanətə almağa çalışdı. Tərəfdarlarına Yezidə bağlılıq andı içdirdi. Yezid hakimiyyətə gələndə ilk işi olaraq Mədinə valisinə bir məktub yazaraq Həzrət Hüseynə deyil, özünə itaət edilməsini, əks təqdirdə bunu canı ilə ödəyəcəyini bildirdi. Bu arada Həzrət Hüseyn də Kufəlilərdən özlərinə bağlılıqlarını ifadə edən məktublar alırdı. Həzrət Hüseyn bu təkliflərdən sonra yanındakılarla birlikdə Kufəyə yola çıxdı. Kufə yaxınlarındakı Kərbəlada düşərgə saldı. Yezid 30000 nəfərlik ordunu Həzrət Hüseynin üzərinə göndərdi. Həzrət Hüseyn və mübarək ailəsi əvvəl tamamilə susuz buraxıldı. Daha sonra Həzrət Hüseynin hələ də altı aylıq oğlu olan Əliəsgər belə oxla vurularaq şəhid edildi. Həzrət Hüseyn və 72 yoldaşının şəhadətinin ardınca onlarla birlikdə olan qadınlar və uşaqlar Yezid tərəfindən əsir alındı. Əsir alınıb illlərlə həbsxanada saxlanılanlar arasında Həzrət Hüseynin bacısı Həzrət Zeynəb və oğlu Zeynalabidin də var idi . Həzrət Hüseynin şəhadətini mübarək Peyğəmbərimiz möcüzəvi bir şəkildə xəbər vermişdir. Rəsulullah bu şəhadəti belə danışmış və tam da danışdığı şəkildə baş vermişdir: “Allah Rəsulu (s.ə.v) bir gün yatmışdı. Əlində qırmızı bir torpaq vardı. “Ey Allah Rəsulu, bu torpaq nədir?” deyə soruşdum. Buyurdu ki, “Cəbrayıl Hüseyni nəzərdə tutaraq onun İraq torpaqlarında şəhid ediləcəyini söylədi. Bu torpaq oranın torpağıdır.” “Hüseyni nəzərdə tutaraq: “Bu oğlum Kərbəla adlanan yerdə şəhid ediləcək. Onu burada görən ona kömək etsin.” Bundan sonra Ənəs Əlhariz Kərbəlaya getdi, Hüseyn ilə bərabər orada şəhid edildi.” (İmam Suyuti Olağanüstü Yönleriyle Peygamberimiz (s.a.v) el-Hasaisü’l-Kübra, tərcümə: Naim Erdoğan İz yayıncılık, İstanbul, 2003, səh. 736)