У нас вы можете посмотреть бесплатно Yüksək qan təzyiqi: vaxtında müalicəsi niyə önəmlidir? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Yüksək qan təzyiqi (hipertoniya) Yüksək qan təzyiqi (hipertoniya) xəstəliyinin simptomları olmaya da bilər və müalicə edilmədikdə təhlükəli fəsadlara gətirib çıxarır. Hipertoniya xəstəliyi sizdə insult, infarkt və sağlamlıqla bağlı digər problemlərin yaranması riskini artırır. Hipertoniyası olan şəxslərin yarısı yüksək qan təzyiqlərindən xəbərsizdir. Buna görə də, qan təzyiqinin mütəmadi yoxlanması çox vacibdir. Pəhrizdə dəyişikliklər, fiziki aktivlik və idman, və yüksək qan təzyiqinin müalicəsi üçün müvafiq dərmanların qəbulu qan təzyiqinizi lazımi səviyyədə saxlamağa kömək edə bilər. Yüksək qan təzyiqinin əlamətləri və simptomları hansılardır? Adətən yüksək qan təzyiqi heç bir əlamət və ya simptoma səbəb olmur. Buna görə tibb işçiləri onu "səssiz qatil" adlandırırlar. İllərdir yüksək qan təzyiqiniz ola bilər, amma sizin bundan xəbəriniz olmaya bilər. Əslində, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hipertoniyadan əziyyət çəkən şəxslərin 46%-i ümumiyyətlə bu barədə xəbərsizdir. Qan təzyiqi 180/120 mm c.s. və ya daha yüksək olduqda, adətən baş ağrısı, ürək çırpıntıları və ya burun qanaması kimi simptomlar müşahidə edilir. Bu qədər yüksək qan təzyiqi “hipertenziv böhran” adlanır və təcili və təxirəsalınmaz tıbb yardımın çağırılmasını tələb edir. .... .... Daha ətraflı bu videoda baxa bilər və ya https://videodoktor.az/disease/464 linkində Yüksək Qan Təzyiqinə dair ətraflı məlumatla tanış ola bilərsiniz.