У нас вы можете посмотреть бесплатно Qabalda qanlı gecə | Mirzə Əliyevin ana və atası nələr söyləyir? - İlk təfərrüatlar или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlıları Qabal kəndində “oğru aləminə” qarşı keçirdikləri əməliyyat zamanı atışmada zərərsizləşdirdiklərini açıqladıqları 52 yaşlı Mirzə Əliyevin ailəsi fəryad edir. Mirzə Əliyevin evindəki son vəziyyət, güllə izləri, dağılmış pəncərələr və qan izləri Aktual.ge xəbər portalının kamerası tərəfindən lentə alınıb. Buradan əldə edilən məlumata görə, ilk atəşi Mirzə Əliyev açıb, çünki evə quldurların girdiyini zənn edib. Mirzə Əliyevin ailə üzvləri deyir ki, polis əməkdaşları xəbərdarlıq etmədən evə daxil olub və güc tətbiq ediblər. Ailə üzvləri mərhumun “oğru aləmi” ilə əlaqəsinin olmadığını söyləyir. Qeyd edək ki, bu gün keçirilən brifinqdə Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze bildirib ki, Mirzə Əliyev xüsusi təyinatlıların əməkdaşlarına intensiv atəş açıb və bir nəfər xüsusi təyinatlı yaralanıb. Bunun ardından Mirzə Əliyev hadisə yerindəcə zərərsizləşdirilib. Daha ətraflı Aktual.ge-nin Kaxeti müxbiri Mahir Süleymanov və Natela Əlləzovanın süjetini təqdim edirik: