У нас вы можете посмотреть бесплатно Masallıda 200-dək atlı yarışdı или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Masallıda 200-dək atlı yarışdı Masallıda ənənəvi atçılıq yarışları keçirilib. Rayon kəndlərindən birinin ərazisindəki cıdırda baş tutan yarışlarda iştirak etmək üçün Masallıdan, eləcə də ətraf rayonlardan 200-dək çapar qatılıb. Münsiflərin seçimindən sonra onlardan 30 nəfərinin sürət, 40 nəfərinin isə yorğa yarışında iştirakına qərar verilib. Çaparlar iki qrupa bölünüb. Hər qrupda 15 çapar öz məharətini göstərib və qrupdakı qalib finala vəsiqə qazanıb. Çaparlar milli at cinsləri olan Qarabağ, Kəhər, Boz, Çal, Qaraquş, Kürən atları üstündə bəxtlərini sınayıblar. Yarışın qaydalarına görə, 1 000 metr məsafəni qısa müddətdə qət edərək finiş xəttinə tez çatan qalib elan olunmalıdır. Finişə isə “Qoca” adlı at birinci çatıb. Yarışın təşkilatçılarının sözlərinə görə, əcdadlarımızdan bizə miras qalan at yarışlarında məqsəd gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, onlarda bu idman növünə marağı artırmaq, eləcə də at növlərini tanıtmaqdır. Qeyd edək ki, qalib çapara pul mükafatı təqdim olunub. Abunə ol: https://shortest.link/oso0 https://t.me/bakutvxeber / www.baku.tv / baku.tv / bakutvofficial https://www.baku.tv ***** Masallıda 200-dək atlı yarışdı ℗ 2022 - 2023 © All Rights Reserved ℗ "Baku TV" LLC ***** Masallıda 200-dək atlı yarışdı #masalli #atyarisi #cinsatlar #yaris