У нас вы можете посмотреть бесплатно Öd qastriti ən çox BU insanlarda yaranır! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Qastroenteroloq-hepatoloq Nazlı Qasımova Tel: (055) 297 33 31 İnstaqram: dr.qastroenteroloq.nazli Facebook: / drnazli-qasimova-2197011603688562 Qələvi Reflüks Qastrit - On iki barmaq bağırsaqdakı öd kisəsi, mədəaltı vəzi və nazik bağırsaq möhtəviyyatının mədəyə geri qayıtması (reflüks) nəticəsində mədənin selikli qişasında yaranan zədələnməyə deyilir. Normalda mədənin içərisində bu möhtəviyyatlar olmur. Bu möhtəviyyatın qida borusuna keçməsi nəticəsində Qələvi Reflüks Ezofagit yaranır.On iki barmaq bağırsaq möhtəviyyatının mədəyə geri gəlməsinin ən əsas səbəbi pilor funksiyalarının pozulmasıdır. Aparılan araşdırmalarda 12 b.b. möhtəviyyatındakı ödün mədədə olması dispepsiya, postxolesistemik sindrom, ezofagit, qastrit, xora, mədədə intestinal metaplaziyaya, qida borusunda isə qida borusu xərçənginə səbəb ola bilər. Əməliyyat olunmamış şəxslərdə mədənin hərəki pozğunluğu, uzun müddətli ürəkbulanma və qusma, əməliyyat keçirmişlərdə (öd kisəsi,mədə əməliyyatları, cərrahi və endoskopik sfinktrotomiyalar) qələvi reflüksə səbəb ola bilir. Klinikası-simptomsuz və simptomatik ola bilər. Simptomsuz hallarda öd reflüksü endoskopik və digər müayinə metodları ilə müəyyən edilir. Klassik rast gəlinən şikayətlər epiqastral ağrılar, yanma, ürəkbulanma, qusma, həzmsizlik, iştahsızlıq kimi şikayətlərlə yanaşı çəki itirilməsinə və qan azlığına səbəb ola bilər. Ağrı və yanma hissi daha çox rast gəlinir. Qida qəbulu ilə əlaqədar arta bilər. Antasid qəbulundan sonra keçməz. Yeməkdən sonra ödlü qusmalar ola bilər. Bu əlamətlər davam etdikcə xəstənin ümumi vəziyyəti pisləşər və zəifləmə ortaya çıxa bilər.