У нас вы можете посмотреть бесплатно Salyanda ər və arvadı amansızlıqla qətlə yetiriblər - APA TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#APATV #salyan #cinayət #erarvad #qetl #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #apa #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #sondeqiqe #sonxeberlerbugun2024 #gundemxeber #apagündəm Salyanda ər və arvadı amansızlıqla qətlə yetiriblər - APA TV Standup: Hazırda biz Salyan rayonunun Kərimbəyli kəndində gördüyünüz bu evin qarşısında dayanmışıq. Bu evdə axşam radələrində ər və arvad amansızlıqla qətlə yetirilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən qətlin kim tərəfindən törədilməsi zərində istintaq əməliyyat işləri aparılır. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evin bağ hissəsində ər və arvadın çoxsaylı bıçaq və küt alət zərbələri ilə qətlə yetirilən ər və arvadın meyitini aşkar ediblər. Məlumata görə ilki olaraq onların meyitlərini həyətdə işləyən fəhlə aşkar edib və polisə məlumat verib. Qeyd edilir ki, mərhum İsrafil Məmmədov uzun müddət Salyan rayon poliklinikasının baş həkimi vəzifəsində çalışıb. Ailənin 4 qız və bir oğul övladı var. Övladların hamısı ailəlidirlər. Heç kimdən şübhələnmirik, heç kimlə işləri olmayıb. Tikansız “balıqdılar”. Səhər xəbər çıxdı biz də gəldik. Gəldik gördük bağın içərisində öldürüblər üzlərin də örtüblər. Gəzən söz-söhbətlərə görə, qətli törədən şəxs (şəxslər) evə oğurluq məqsədi ilə daxil olub(lar), evdən qiymətli qızıl-zinət əşyalarının və pul olan seyfin oğurlandığı ehtimal olunur. Meyitlər Salyan morqunda müayinə olunub. Qatil və ya qatillərin axtarışları istiqamətində istintaq əməliyyat hərəkətləri aparılır. Əlibəy Zeynallı Elçin Həsənov ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi ✅ Rəsmi X səhifəmiz: / apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv