У нас вы можете посмотреть бесплатно Gülyanaq Məmmədova — Kərəmi Zərb Muğamı (Rəsmi Audio) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Gülyanaq Məmmədovanın ifasında “Kərəmi Zərb Muğamı” artıq onlayndır. Gülyanaq Məmmədovaya YouTube-da abunə ol: https://mikpro.az/gulyanaqyt Musiqi və söz: Qədim xalq mahnısı Kərəmi zərb muğamı əsrlər öncə oxunmuş, 1 əsr öncə isə mətnə görə qadağan olunmuşdur. İfaçıları Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Şəkili Ələsgər, Mustafa Payan olmuşdur. Və Muğam bilicisi Mehman Mikayılov tərəfindən bərpa olunan muğam Xalq artisti Gülyanaq Məmmədova tərəfindən ifa olunmuşdur. Gülyanaq Məmmədovanı sosial şəbəkələrdə izlə: Instagram: https://mikpro.az/gulyanaqig Genius: https://mikpro.az/gulyanaqgn Gülyanaq Məmmədovanı rəqəmsal platformalarda dinlə: Keçid: https://mikpro.az/gulyanaq.dinle Sözlər: [Bənd 1] Deyirəm, ey, sənə qurban olum, a dərdli Kərəm Sənə qurban olum, a dərdli Kərəm Ürəyim dərd-qubar, gözlərim vərəm Dəryalar mürəkkəb, meşələr qələm Mirzələr yazdıqca dərdim var mənim Dərdim var mənim... [Bənd 2] Mən Kərəməm, mən Kərəməm Ah çəkərəm, ağlaram Dərdlilərin, ey, ürəyini dağlaram Kimə gedib, kimə umut bağlaram? Qərib qaldım, qərib qaldım Güldürən yox, gülən yox Gülən yox... [Bənd 3] Deyir belə: “Yazıq ömrüm qürbət eldə keçibdir Dərdimi bir bildirən yox, bilən yox Getdi fürsət, əldə ikən qaçıbdır Göz yaşımı sildirən yox, silən yox Silən yox...” [Bənd 4] Deyirəm, ay ağalar, uzaq yoldan gəlirəm Baş üstündə qadir Allah, bilirəm Gecdir, tezdir, bu dərdimdən ölürəm Qiyamətdə yansam, yenə dözərəm Dözərəm... Aylar, illər həsrətini çəkərdim Üzü dönmüş bivəfa yar, belə bax Gözəllərdə sərxoş gəzmək man olmaz Açılmış bir gümüş kəmər, belə bax Belə bax... [Bənd 5] Deyir, belə dərin-dərin dəryalara dalmışam Ay aman, ay aman, ay aman... Dərin-dərin dəryalara dalmışam Saralıban gül rəngimdən solmuşam Mən Əsliyəm, mən Əsliyəm Öz elimdə qalmışam Arzum idi, öz elimdə qalaydım Qalaydım... [Bənd 6] Mən Kərəməm, həsrət qaldım bu dünyada xoş günə Fələk bir ox atdı ömrüm köksünə... Adım bəlli, xan əslinin eşqinə Yolduruban durnalar tökün tellərin... Tellərin... Kərəm, sənin əqli-huşun olsaydı Öz yerində sultan idin, xan idin Uymasaydın özgələrin felinə Gəncə gözəllərindən birin alaydın Alaydın... [Bənd 7] Uca dağ başını qar aldı, getdi Tərlanın məskənin sar aldı, getdi, ey... Hər kim ki yar sevdi, yar aldı, getdi Mənimki də qara gəldi Belə bax, belə bax, belə bax [Bənd 8] Axşam oldu, qarlı dağlar aşaram Sellər kimi çağlayaram, coşaram Gecə-gündüz qəmli nəğmə qoşaram Oyan, Kərəm, bu eşqimdən nişan al Oyan, Kərəm, bu eşqindən bişərəm [Bənd 9] Mən çəkərəm xan nəslinin nazını Qış eylərəm baharımı, yazımı Qəm üstündə kökləmişəm sazımı Qəmli sazım çaldıran yox, çalan yox Çalan yox... Çalan yox... Belə mən çəkərəm xan əslinin nazını Qış eylərəm baharımı, yazımı Qəm üstündə kökləmişəm sazımı Qəm üstündə kökləmişəm sazımı Qəmli sazım, qəmli sazım çaldıran yox, çalan yox Çalan yox... Gülyanaq Məmmədova tərəfindən ifa olunan "Kərəmi Zərb Muğamı" mahnısının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2025 Etiketlər: #GülyanaqMəmmədova #KərəmiZərbMuğamı #mikpro