У нас вы можете посмотреть бесплатно Professor Mübariz Əliyev или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Əminik ki, Mübariz həkimi tanıyan hər kəs ilk olaraq onun səmimiyyətindən, mehribanlığından, xoş söhbətindən bəhs edəcək. 45 ilini Azərbaycan səhiyyəsinə sevərək həsr edən Professor bu 45 ildə minlərlə insanın həyatına toxunub, minlərlə insanı sağlamlığına qovuşduraraq əməliyyatxana arxasında dualarla gözələyən ailələrə sevinc bəxş edib. Peşəkarlığı qədər, mənəvi və insani dəyərləri də üstün tutan Professoru gəlin daha da yaxından tanıyaq. Əliyev Mübariz Yaqub oğlu 16 Aprel 1959-cu ildə Xocavənd rayonunun Tuğ kəndində müəllim ailəsində anadan olub. 1976-cı ildə Sumqayıt şəhərinin 16 saylı məktəbini bitirib Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. 1982-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra Bakı şəhəri 4 saylı Kliniki xəstəxanasında cərrahiyyə ixtisası üzrə həkim intern, 1983-1986-cı illərdə təyinatı üzrə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında həkim cərrah, 1986-cı ildə I Moskva Tibb İnstitutunun məqsədli aspiranturasına qəbul olub, 3 illik aspirantura müddətində Moskva şəhər 52 saylı xəstəxanasında məsul cərrah işləyib. 1989-cu ildə namizədlik dissertasiyasını daha tez müdafiə etdiyi üçün Moskva Tibb İnstitutunun aspiranturasını vaxtından əvvəl bitirib. Həmin ilin sentyabr ayında SSRİ səhiyyə naziri Yevgeni Çazovun əmri ilə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Ümumi cərrahiyə kafedrasında pedaqoji və cərrahiyə fəaliyyətinə başlayıb. O vaxtdan indiyə kimi ümumi cərrahlıq kafedrasının professoru vəzifəsinədək yüksəlib. 2005-ci ildə Tibb Doktoru elmi dərəcəsi, 2009-cu ildə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin təşkil etdiyi SABİT proqramı üzrə təhsil alaraq Tibb üzrə Beynəlxalq Səhiyyə Eksperti sertifikatı alıb. Ətraflı məlumat üçün videomuzu izləyə bilərsiniz. Qəbula yazılmaq üçün: 📲+994 50 211 01 95 🏥 ATU Tədris Cərrahiyə Klinikası