У нас вы можете посмотреть бесплатно Sobada Ədviyyatlı Toyuq Qanadı və Kartof. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Sobada Ədviyyatlı Toyuq Qanadı və Kartof 📝 Tərkibi: • 1 kq toyuq qanadı • 3–4 ədəd orta ölçülü kartof • 1 st pomidor tomatı • 1 çay qaşığı duz (zövqə görə) • 1 çay qaşığı isot • 1 çay qaşığı paprika • 3–4 xörək qaşığı duru yağ ⸻ 👩🍳 Hazırlanma qaydası: 1️⃣ Toyuğu marinə edirik Toyuq qanadlarını yuyub süzdürürük. Üzərinə duz, isot, paprika və pomidor tomatını əlavə edib yaxşıca qarışdırırıq ki, bütün ədviyyə qanadlara hopsun. 2️⃣ Kartofu hazırlayırıq Kartofları soyub iri dilimlərə bölürük. Toyuğu qarışdırdığımız qabın içində qalan ədviyyəli qarışığa kartofları əlavə edib qarışdırırıq. Beləliklə kartof da həmin sousda marinə olur və daha ləzzətli alınır. 3️⃣ Sobaya düzürük Soba listinə əvvəlcə toyuq qanadlarını düzürük. Yanlarına marinə olunmuş kartofları yerləşdiririk. 4️⃣ Yağ əlavə edirik Həm qanadların, həm də kartofların üzərinə duru yağ gəzdiririk ki, daha yaxşı qızarsın və qurumasın. 5️⃣ Bişiririk Əvvəlcədən 180–200°C dərəcədə qızdırılmış sobada təxminən 40–50 dəqiqə, üzəri qızarana qədər bişiririk. İstəsən son 10 dəqiqə “üst qızartma” rejimi də verə bilərsən ki, qanadlar daha nar kimi qızarsın 🔥 #bagindadi #yemektarifleri #baku #bakibaglari #lezzetli #cooking #evyemeklerim